Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Yeni savaş İsrailin xeyrinə deyil - Rufiz Hafizoğlu

    30 İyul 2024 11:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yeni savaş İsrailin xeyrinə deyil - Rufiz Hafizoğlu
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Bölgədə vəziyyət heç də yəhudi dövlətinin xeyrinə deyil. Digər tərəfdən Livanın timsalında yeni cəbhənin açılmasında İran maraqlıdır.

    AzerVoice xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu İsrailin baş naziri Benyamin Netanyahunun Livanla sərhəddəki vəziyyətlə bağlı milli təhlükəsizlik məsələləri üzrə nazirlərin iclasını toplamasını şərh edərkən deyib.

    "Qolan yüksəkliyində baş verən insidentdən sonra İsrail siyasi dairələrində Livanla müharibənin qaçılmaz olduğu və "Hizbullah"ı tamamilə məhv etməyin zamanının çatdığı barədə artıq həyəcan təbili çalınmağa başlandı. Amma hələ ki, raket atəşinin "Hizbullah" tərəfindən atıldığı rəsmi olaraq təsdiq olunmayıb. "Hizbullah" bunu etmədiyini deyir. İsrail isə bunun məhz "Hizbullah" tərəfindən atıldığını bildirir. İsrail ordusunun sözçüsü də bu  yaxınlarda qeyd edib ki, həlledici müharibənin sonu yaxınlaşır və "Hizbullah" məhv edilməlidir", - deyə Rufiz Hafizoğlu bildirib.

    Ekspertin fikrincə, bölgədəki vəziyyət əslində İsrailin iddia etdiyi və düşündüyü kimi, heç də yəhudi dövlətinin xeyrinə deyil:

    "Onun əsas hədəflərindən biri əsirlərin geri qaytarılması və HƏMAS-ın məhv edilməsi olan əməliyyat idi. Amma 10 aya yaxındır müharibə başlasa da, ortada ciddi nəticə yoxdur. HƏMAS-ın əsas aparıcı rəsmiləri hələ də məhv edilməyib. Hədəflərinə tam nail olmayan İsrailin yeni cəbhə açması əslində onun üçün faciəvi nəticə verə bilər". 

    Həmsöhbətimiz düşünür ki, mövcud vəziyyətdə yeni cəbhənin açılmasında maraqlı olan ilk dövlət İrandır:

    "Hazırda İsraildə siyasi və daxili problemlər yaşanır. Bu baxımdan, yeni cəbhənin açılmasında İran maraqlıdır. İran prezident seçkilərinin başa çatmasını gözləyirdi. İranda qismən olsa da, stabillik əldə olundu. Mövcud vəziyyətdən yararlanmaq istəyən İran da İsrailə maksimum zərbə endirmək istəyir. Müharibə söhbəti özü də sadəcə Livanla bitməyəcək. Bu mənada münaqişə olsa təkcə Livan ərazisində olmayacaq. Arealı daha geniş olacaq. Odur ki, indiki halda müharibənin genişlənməsi İranın maraqlarına xidmət edir". 

    Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu milli təhlükəsizlik məsələləri ilə bağlı nazirlərin iclasını çağırıb.

    Məlumata görə, əsas hökumət nazirlərinin iştirakı ilə keçirilən görüş Livanla sərhəddəki vəziyyətlə bağlı olub. Bundan əvvəl Netanyahu bildirib ki, "Hizbullah" hərəkatı Qolan təpələrinə raket hücumuna görə böyük bədəl ödəyəcək. 

    Xatırladaq ki, ötən gün İsrailin işğalı altında olan Colan təpəsindəki Macdal-Şəms ərazisində futbol meydançasına atılan raket nəticəsində 12 nəfər ölüb.

    ABŞ dövlət katibi Entoni Blinken isə bildirib ki, bütün izlər həmin hadisənin arxasında "Hizbullah"ın dayandağını göstərir. "İsrailin öz vətəndaşlarını terror hücumlarından müdafiə etmək hüququnu dəstəkləyirik",- deyə Blinken bildirib.

    Bu arada Norveç, Fransa və Belçika hökumətləri öz vətəndaşlarına çağırış ediblər ki, təcili olaraq Livan ərazisini tərk etsinlər.

    #Rufiz Hafizoğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya ilə razılaşma mümkündür, lakin Livanda vəziyyət tamamilə fərqlidir - Rufiz Hafizoğlu

    16 İyul 2026 14:46

    Qəzza müharibəsi İsrail cəmiyyətini parçalayan ilk hərbi qarşıdurmadır - Rufiz Hafizoğlu

    7 İyul 2026 14:29

    ABŞ-ın Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu artır

    2 İyul 2026 17:55

    Dohadakı danışıqların nəticəsini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil

    29 İyun 2026 21:30

    İsrailin qondarma “erməni soyqırımı” qərarı diplomatik gərginlik yaradacaq

    29 İyun 2026 20:01

    Tarixi faktlar bu iddiaları təsdiqləyirmi?

    29 İyun 2026 18:14

    İsrailin qondarma “soyqırımı” tanıması absurd qərardır

    29 İyun 2026 18:04

    İran həm ərəb ölkələrinə raket atır, həm də təhlükəsizlik tərəfdaşlığından danışır - Rufiz Hafizoğlu

    25 İyun 2026 13:53

    Fələstinlə bağlı alternativ sxemlər: Rusiya indi nə etməyə çalışır?

    9 İyun 2026 17:57

    Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

    9 İyun 2026 13:16

    Azərbaycanın balanslı siyasəti Yaxın Şərqdə sabitlik nümunəsi kimi qiymətləndirilir

    12 May 2026 22:31

    Vəziyyət gərginləşdi: Müharibə yenidən başlayır

    5 May 2026 13:15
    XƏBƏR LENTİ

    Şəxsi brend necə formalaşır? Mütəxəssislər fərqlənməkdən daha vacib üç amili açıqlayırlar

    Bu gün Brüs Li 32 yaşında vəfat etdi

    Tarixdə bu gün - 20 İyul

    Qətərdə fintex inqilabı: Nağdsız ödənişlər may ayında rekord qırdı

    Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

    Əraqçidən etiraf – Ali Rəhbərin ofisində təhlükəsizlik boşluğu var

    Qərb dünyası niyə ədəbiyyata dinin təsirini qəbul etmir?

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    Psixoloji pozuntular həqiqətən artır, yoxsa onlar daha çox görünür? Mütəxəssislər sosial media və marketinqin rolunu izah edir

    Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.