Bakı,AzerVoice
Azərbaycan sərhədçisinin snayperlə vurulması bir daha sübut edir ki , Ermənistan sülh istəmir. AzerVoice xəbər verir ki, bunu Al Arabiyya telekanıla açıqlamasında Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu deyib.O qeyd edib ki, Ermənistan olduqca aqressiv mövqe nümayiş etdirir və bu təsadüfi deyil.
“ Baş verən hadisə iki dövlət arasında münasibətlərin normallaşmasına zərbədir. Ermənistan hal hazırda Fransa və Hindistandan silah tədarükü edir və bu bir daha onu göstərir ki, onlar sülh istəmir”-deyə o bildirib.