Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizin həyat yolunuz böyük məsuliyyət hissinə və öz xalqına sədaqətə malik qətiyyətli, iradəli və cəsur bir insanın yoludur.
Rəsmi Xronika
"Daxili qoşunlar haqqında" qanun təsdiqlənib. Bu Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının daxili qoşunları haqqında qanununda öz əksini tapıb. Qanuna əsasən, sənəd Azərbaycanın konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində daxili qoşunların fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.
Apellyasiya instansiyası məhkəməsinin kollegiya sədri, birinci instansiya məhkəməsi sədri və bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:
Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bir qrup idmançı və idman mütəxəssisləri təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” təsdiq edilib.
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsinin vurulmaısnın birinci ildönümü ilə bağlı paylaşım edib.
Azərbaycan Prezidenti İlham Əliyev ad gününü ailə üzvləri ilə qeyd edib. Bununla bağlı paylaşımı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi “Instagram” səhifəsində edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.
Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm - Kəngərli, Sarıcalı, Xıdırlı.
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Möhtərəm cənab Prezident. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş Katibliyi adından Zati-alinizi doğum günü münasibətilə ən səmimi arzularımla təbrik edirəm. Bu əlamətdar günün Sizin üçün sağlamlıq, xoşbəxtlik və əmin-amanlıq dolu yeni bir ilin başlanğıcı olmasını arzu edirəm.
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Cənab Prezident. Zati-alinizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan xalqını qələbələrə aparan liderliyiniz ölkənizin müasir tarixində dönüş nöqtəsi təşkil edir. Nümayiş etdirdiyiniz qətiyyətli mövqe təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün qürur mənbəyidir.