Rəsmi Xronika

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanunu təsdiqləyib. Qanuna əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği - 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib. Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

"2026-cı il dövlət büdcəsi haqqında" qanunu təsdiqlənib.Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Qanuna əsasən, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat, xərcləri 41 703 600,0 min manat məbləğində olacaq. Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.