Rəsmi Xronika

“Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub. Söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşıladı.

Prezident İlham Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan gənclərinə müraciət edib. Dövlət başçısı gəncləri bayram münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Müraciətdə gənclər siyasətinin dövlətin prioritet istiqamətlərindən biri olduğu və gənclərin ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığı vurğulanıb. Prezident Azərbaycan gəncliyinin Vətən müharibəsində göstərdiyi rəşadəti xüsusi qeyd edərək, onların ölkənin gələcək inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Trend xəbər verir ki, dövlət başçısı paylaşımında bu əlamətdar günü xüsusi olaraq qeyd edib. Mesajda “2 Fevral – Azərbaycan Gəncləri Günü” ifadəsi yer alıb. Paylaşım Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial və iqtisadi həyatındakı roluna verilən önəmin göstəricisi kimi dəyərləndirilir. Azərbaycan Gəncləri Günü hər il gənclərin potensialının və dövlətin gənclər siyasətinin vurğulanması məqsədilə qeyd olunur.

Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığı vurğulanıb.

2026-cı il Gənclər üçün Prezident mükafatları verilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilir: