Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən görüntülər paylaşılıb. Paylaşımda mərasimin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirildiyi bildirilib. Qeyd olunub ki, mükafat Prezident İlham Əliyevə Azərbaycan ilə Ermənistan arasında sülh və qarşılıqlı anlaşmanın yaradılması səylərinə görə təqdim edilib. Görüntülər 4 fevral 2026-cı il tarixində baş tutan rəsmi tədbirin əsas məqamlarını əks etdirir.
Rəsmi Xronika
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.
Bu aylar ərzində (Vaşinqton Sammitindən ötən müddətdə - red.) biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda, digər sahələrdə işbirliyini genişləndirdik.
Vaşinqtonda tarixi sammitdən sonra keçən son altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, əbədi sülhə doğru irəliləyiş dövrü oldu. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində deyib.
Azərbaycan və Ermənistanın nümunəsi hələ də müharibə vəziyyətində olanlar tərəfindən mənimsənilməli və qəbul edilməlidir.
Vaşinqtonda Sammitdən sonra, ABŞ Prezidenti Donald Tramp tərəfindən təşkil olunmuş görüşdən etibarən biz (Azərbaycan və Ermənistan – red.) artıq əməkdaşlığı qururuq və uzunmüddətli münaqişəyə son qoyuruq.
Biz (Ermənistan və Azərbaycan – red.) 30 ildən artıq müharibə şəraitində olduq. İndi isə 6 aydır ki, biz sülh şəraitində yaşayırıq və biz sülh şəraitində yaşamağı öyrənirik.
İlk növbədə, bu mükafata görə mən Hakimlər Komitəsinə təşəkkürümü bildirirəm. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir.
Azərbaycan və Ermənistan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər. Razılaşma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüş zamanı əldə edilib.
Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilir.
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər.
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşü olub. Məhəmməd Əbdülsalam Azərbaycana səfərlərini və dövlətimizin başçısı ilə görüşlərini böyük məmnunluqla xatırladı. O, Prezident İlham Əliyevi "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi münasibətilə bir daha təbrik etdi.