Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər.
Rəsmi Xronika
Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub. AzerVoice xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gəlib.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniya Federativ Respublikasına səfəri ilə bağlı görüntülər paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşləri ilə bağlı paylaşım edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb. Görüşdə ölkəmizlə şirkət arasında 2010-cu ildən bəri həyata keçirilən uğurlu tərəfdaşlığa toxunuldu, əlaqələrin mövcud vəziyyəti müzakirə olundu.
Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıyır və bu o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün və ondan sonra da vacib olacaq. Bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib. Dövlətimizin başçısının deyib ki, əgər belə olmasaydı, Prezident öz adını (dəhlizə - red.) verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq.
Ermənistanla sülh prosesindəki liderliyinə görə Prezident İlham Əliyevə təşəkkür etmək istərdim. Bu barədə Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos bildirib. "Azərbaycanla Ermənistan arasında sülh bir vaxtlar əlçatmaz görünürdü və Avropa İttifaqı tərəfindən fəal şəkildə dəstəklənən bu sülh prosesində liderliyinizə görə Prezident İlham Əliyev, sizə, təşəkkür edirəm", - deyə bildirib.
Biz artıq cəmi 6 aydır ki, sülh şəraitində yaşayırıq, inanın ki, bu, çox yaxşı və xüsusi hissdir, bütün Azərbaycan əhalisi bölüşür. Əminəm ki, Ermənistan xalqı da belə düşünür. Bu sözləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.
Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kəs yaralanmır, heç kim qətlə yetirilmir. Bu fikirləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə səsləndirib.Dövlətimizin başçısı deyib ki, biz artıq Ermənistanla əməkdaşlığa başlamışıq. “Biz yüklərin daşınmasında Azərbaycan ərazisində bütün məhdudiyyətləri aradan qaldırmışıq. Gürcüstanlı dostlarımıza da təşəkkürümüzü bildiririk ki, onlar çox mühüm tranzit imkanlarını yaradırlar”, - deyə Prezident əlavə edib.