Rəsmi Xronika

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç ilə görüşüb. Söhbət zamanı Prezident İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləri məmnunluqla xatırlandı, ölkələrimiz arasında münasibətlərin genişlənməsi qeyd edildi, müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Dövlətimizin başçısı bununla bağlı deyib: “Biz neft və qaza olan qiymətlərin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil”. Prezident qeyd edib ki, biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq.

İsveçrə hökuməti çərşənbə günü verdiyi bəyanatda Yaxın Şərqdə davam edən müharibə və artan təhlükəsizlik riskləri səbəbindən Tehrandakı səfirliyini müvəqqəti bağladığını elan edib. Bern şəhərindəki Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfir Olivye Banjerter və digər beş İsveçrəli diplomatik əməkdaş artıq quru yolu ilə İran ərazisini tərk ediblər. Diplomatik heyətin vəziyyət imkan verən kimi Tehrana qayıdacağı gözlənilir. Bununla belə, neytrallığı ilə tanınan İsveçrə rəsmi Vaşinqton və Tehran arasında diplomatik əlaqələrin saxlanılması üçün "açıq rabitə xəttini" qoruyacağını vurğulayıb.