Hərb tarixi: Döyüş xronikası

İraqın keçmiş prezidenti Səddam Hüseyn 2003-cü il dekabrın 13-də, doqquz ay davam edən axtarışdan sonra ABŞ hərbçiləri tərəfindən ələ keçirildi. Onun hakimiyyətinin süqutu 2003-cü il martın 20-də ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqa müdaxiləsi ilə başlamışdı. Bu müdaxilə ölkəni 20 ildən artıq idarə etmiş prezdentin devrilməsi ilə nəticələndi.

Təxminən 1508-ci ildə yazılmış bu əlyazma Leonardo da Vinçinin müxtəlif elmi mövzularla bağlı tərtib etdiyi təxminən 30 dəftərdən biri idi. Dəftərdə 72 boş vərəq qalmışdı. Dəstərin üzərində suyun hərəkəti və su axınlarının təbiətinə dair 300-dən çox qeyd və detallı rəsmlər yer alırdı. Mütəxəssislər hesab edir ki, Leonardo bu qeydlərdən Mona Liza tablosunun fonunu işləyərkən istifadə edib.

1979-cu ildə Əfqanıstana müdaxilədən bəri Rusiyanın həyata keçirdiyi ən böyük hərbi əməliyyatda minlərlə əsgər və yüzlərlə tank Rusiyadan ayrılmaq istəyən Çeçenistan Respublikasına daxil oldu. İlk mərhələdə zəif müqavimətlə üzləşən rus qüvvələri günün sonuna qədər Çeçenistanın paytaxtı Qroznının yaxınlığınadək irəlilədi. Burada isə minlərlə çeçen könüllüsü ruslara qarşı amansız döyüşə hazır olduqlarını bildirdi.

İsrail tərəfindən işğal edilmiş Qəzza Zolağında Fələstin intifadasının ərəbcə “silkinmə” mənasını verən xalq üsyanının ilk iğtişaşları, İsrail yük maşınının Qəzzanın Cəbəliyə qaçqın düşərgəsində fələstinli işçiləri daşıyan minik avtomobilinə çırpılması və dörd nəfərin ölümü, on nəfərin yaralanmasından bir gün sonra baş verdi.

1992-ci il dekabrın 9-da ABŞ-ın 1800 nəfərlik dəniz piyadaları kontingenti Somalinin paytaxtı Moqadişuya eniş edərək ölkədə güya qayda-qanunun bərpasına yönələn çoxmillətli əməliyyata rəhbərlik etməyə başladı. Missiya humanitar fəlakətin qarşısını almağı və müharibədən dağılmış ölkədə təhlükəsizlik yaratmağı hədəfləyirdi.

1884-cü il dekabrın 6-da, Vaşinqtonda (Kolumbiya dairəsi) işçilər ağ mərmərdən tikilmiş möhtəşəm qüllənin zirvəsinə üzərində “Laus Deo” (“Tanrıya şükür olsun”) sözləri həkk edilmiş doqquz düym uzunluğunda alüminium piramida yerləşdirdilər. Bununla şəhərin adını daşıyan və ABŞ-ın ilk prezidenti Corc Vaşinqtona həsr olunmuş abidənin tikintisi tam başa çatdı.

Bu gün beş dekabr 1978-ci ildə Əfqanıstandakı populyarlığını itirmiş prosovet rejimini dəstəkləmək məqsədilə Sovet İttifaqı Əfqanıstan hökuməti ilə “dostluq müqaviləsi” imzalayaraq ölkəyə iqtisadi və hərbi yardım göstərməyi öhdəsinə götürdü. Bu müqavilə sovetləri rəsmi olaraq 1979-cu ildə başlayan və Sovetlərin dəstəklədiyi kommunist hökumətlə müsəlman üsyançılar – mücahidlər arasında gedən Əfqanıstan vətəndaş müharibəsinə daha bir addım yaxınlaşdırdı.

ABŞ Prezidenti Corc H. V. Buş Somalinin vətəndaş müharibəsi və qida çatışmazlığı yaşanan bölgələrində humanitar yardımın çatdırılmasını təmin etmək məqsədilə 28 min ABŞ hərbçisinin ölkəyə göndərilməsi barədə göstəriş verib. Prezident əməliyyatı “Tanrının işi” adlandıraraq Somaliyə yardım edilmədiyi təqdirdə bir milyondan çox insanın ölüm təhlükəsi ilə üzləşəcəyini bildirib.

1992-ci il dekabrın 3-də telekommunikasiya tarixində dönüş nöqtəsi yaşandı: dünyada ilk qısa mesaj (SMS) Britaniyada, Vodafone şəbəkəsi üzərindən göndərildi. Mesajın müəllifi — 22 yaşlı mühəndis Nil Pepvort idi. O, şəxsi kompüterdən istifadə edərək həmkarı Riçard Carvisin mobil telefonuna sadə, lakin tarixə düşən iki söz göndərdi: “Merry Christmas”.