Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix / Tarixdə bu gün
    Tarixdə bu gün

    Bu gün rus qoşunları Çeçenistana daxil oldu - Çeçen xalqının soyqırımına start verildi

    11 Dekabr 2025 07:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün rus qoşunları Çeçenistana daxil oldu - Çeçen xalqının soyqırımına start verildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    1979-cu ildə Əfqanıstana müdaxilədən bəri Rusiyanın həyata keçirdiyi ən böyük hərbi əməliyyatda minlərlə əsgər və yüzlərlə tank Rusiyadan ayrılmaq istəyən Çeçenistan Respublikasına daxil oldu. İlk mərhələdə zəif müqavimətlə üzləşən rus qüvvələri günün sonuna qədər Çeçenistanın paytaxtı Qroznının yaxınlığınadək irəlilədi. Burada isə minlərlə çeçen könüllüsü ruslara qarşı amansız döyüşə hazır olduqlarını bildirdi.

    1991-ci ildə SSRİ dağıldıqdan sonra Çeçenistan da digər keçmiş sovet respublikaları kimi müstəqilliyini elan etdi. Lakin Gürcüstan, Ukrayna, Özbəkistan və digər keçmiş respublikalardan fərqli olaraq, Çeçenistan Sovet dövründə cüzi muxtariyyətə malik idi və rəsmi şəkildə SSRİ-nin 15 ittifaq respublikasından biri sayılmırdı. O, Rusiya Federasiyasının tərkibində olan çoxsaylı “respublikalardan” biri kimi qəbul edilirdi. SSRİ-nin dağılmasına icazə vermiş Rusiya prezidenti alkoqolik Boris Yeltsin isə Rusiya ərazisi daxilində yeni bir ayrılma cəhdini heç bir halda qəbul etməyəcəyini bildirirdi.

    Çeçenistan 1850-ci illərdə Rusiya imperiyasının Cənubi Qafqaza doğru genişlənməsi zamanı ruslar tərəfindən işğal edilmiş və həm imperiya, həm də sovet dövrlərində hakimiyyət üçün ciddi çətinlik yaratmışdı.

    1991-ci ilin avqustunda çeçen siyasətçisi və keçmiş sovet hava qüvvələri generalı Cohar Dudayev respublikanın yerli kommunist rəhbərliyini devirdi və açıq şəkildə anti-rus avtoritar hakimiyyət qurdu. Yeltsin isə Çeçenistanın ayrılmasının digər etnik respublikalarda da oxşar prosesləri alovlandıracağından ehtiyat edirdi. O, həmçinin Çeçenistanın strateji enerji resurslarını ,xüsusilə neft ehtiyatlarını nəzarətdə saxlamaq istəyirdi. Müxalifət qruplarını maliyyələşdirmək cəhdləri uğursuz olduqdan sonra, 11 dekabr 1994-cü ildə genişmiqyaslı Rusiya hücumu başlandı.

    Rus ordusu ilkin mərhələdə irəliləşi əldə etsə də, çeçen döyüşçüləri Qroznıda sərt müqavimət göstərdi. Təxminən iki il davam edən ağır döyüşlər nəticəsində minlərlə rus əsgəri həlak oldu, daha çox sayda çeçen mülki vətəndaş öldürüldü.

    Rusiya etiraf etməsə də Çeçenistanda bir soyqırımı törətdi.1996-cı ilin avqustunda, birillik rus işğalından sonra Qroznı çeçen döyüşçüləri tərəfindən yenidən azad edildi və atəşkəs elan olundu. 1997-ci ildə rus qoşunlarının son hissəsi Çeçenistanı tərk etdi. Atəşkəs anlaşması Çeçenistana faktiki müstəqillik versə də, respublika hələ də rəsmi olaraq Rusiya Federasiyasının tərkib hissəsi sayılırdı.

    1999-cu ildə Moskvada və digər şəhərlərdə baş verən partlayışlarda çeçen silahlılarının günahlandırılmasından sonra Yeltsin hökuməti Çeçenistana ikinci dəfə genişmiqyaslı hərbi müdaxilə əmri verdi. Həmin dövrdə baş nazir olan Vladimir Putin əməliyyata rəhbərlik edirdi. Yeltsinin özündən sonra ölkə rəhbərliyinə təyin etdiyi Putin çeçen döyüşçüləri haqqında qalmaqallı şəkildə belə demişdi:

    “Onları harada tapsaq məhv edəcəyik,hətta tualetdə belə olsa.”

    2000-ci ildə Rusiya şəhərlərində baş verən yeni terror aktlarından sonra Putin Çeçenistanda hərbi əməliyyatları daha da gücləndirdi. İkinci çeçen müharibəsi zamanı Rusiya ordusu azadlıq hərəkatını yatırmaq üçün aparılan əməliyyatlarda çoxsaylı hərbi cinayətlərdə və insan hüquqlarının pozulmasında ittiham olundu.

    #Çoxar Dudayev #Dudayevin ölümü #Çoxar Dudayevin həyatı #Dudayevin hərbi strategiyası #Dudayevin mirası #Şamil Basayev və Dudayev #Dudayevin son mesajı #Russian Forces Invade Chechnya: The Beginning of the 1994 War #çecenistan müharibəsi #1994-cü il Çeçenistan müharibəsinin səbəbləri #Rusiya ordusunun Groznıya hücumu necə başladı #Rusiya Çeçenistana qoşun yeritdi: 1994 müharibəsinin başlanğıcı #Russia Launches Major Military Offensive in Chechnya #1994
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    23 Avqust 2026 04:00

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    23 Avqust 2026 02:00

    Tarixdə bu gün – 23 Avqust

    23 Avqust 2026 00:01

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    22 Avqust 2026 03:00

    Tarixdə bu gün – 22 Avqust

    22 Avqust 2026 00:01

    Bu gün Havay ABŞ-ın 50-ci ştatına çevrildi

    21 Avqust 2026 03:00

    Tarixdə bu gün – 21 Avqust

    21 Avqust 2026 00:01

    Bu gün afrikalı qullardan ibarət ilk qrup Amerikaya gətirildi

    20 Avqust 2026 03:00

    Tarixdə bu gün – 20 Avqust

    20 Avqust 2026 00:01

    Bu gün ABŞ İranda çevriliş etdi

    19 Avqust 2026 03:00

    Rusiyada Gizlədilmiş Qafqaz Qəhrəmanları - Moskvanın Ölülərlə Müharibəsi

    18 Fevral 2025 15:10

    Coxar Dudayev kimdir? Bu gün onun doğum günüdür

    15 Fevral 2025 02:03
    XƏBƏR LENTİ

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.