Konqres 1789-cu il yanvarın 7-ni ölkənin tarixində ilk prezident seçkiləri üçün ştatların seçiciləri (elektorları) müəyyən etməli olduğu tarix kimi təsbit etdi. Bir ay sonra, fevralın 4-də Corc Vaşinqton ştat elektorları tərəfindən prezident seçildi və 1789-cu il aprelin 30-da vəzifəsinin icrasına başladı. 1789-cu ildə olduğu kimi, ABŞ bu gün də Seçicilər Kollegiyası (Electoral College) sistemindən istifadə edir. Bu sistem 18 yaşdan yuxarı bütün ABŞ vətəndaşlarına prezidentə deyil, onu seçən elektorlar üçün səs vermək hüququ tanıyır. Prezident və vitse-prezident birbaşa ümumxalq səsverməsi ilə deyil, məhz Seçicilər Kollegiyası vasitəsilə seçilən yeganə federal vəzifəli şəxslərdir.
Hərb tarixi: Döyüş xronikası
5 yanvar 1976-cı ildə Kambocada hakimiyyətdə olan “Qırmızı kxmerlər” hərəkatının lideri Pol Pot yeni konstitusiyanın qəbul edildiyini elan edib. Həmin sənədə əsasən ölkənin adı Kampuçiya olaraq dəyişdirilib və kommunist idarəetmə rəsmi şəkildə qanuniləşdirilib. Bu qərar Kamboca tarixində ən faciəli dövrlərdən birinin başlanğıcı olub. Növbəti üç il ərzində Pol Pot rejiminin həyata keçirdiyi siyasət nəticəsində 1–2 milyon insan aclıq, xəstəlik, məcburi əmək və kütləvi qətllər səbəbindən həyatını itirib.
Fatih Sultan Mehmedin ömrü müharibələrlə keçmişdi və o, ondan əvvəlki bir çox hökmdarın hətta xəyal belə edə bilmədiyi işləri həyata keçirmişdi. Xüsusilə İstanbulun fəthi və digər uğurları sayəsində xalq arasında böyük nüfuza malik idi. Lakin yürüdülən sərt maliyyə siyasəti ölkədə ümumi narazılıq yaratmışdı.
1990-cı il yanvarın 4-də Pakistanda, Sangi bölgəsində iki qatarın toqquşması nəticəsində 300 nəfər həlak olub, təxminən 700 nəfər yaralanıb. Bu hadisə həmin vaxta qədər Pakistan tarixində ən ağır dəmir yolu qəzası hesab olunurdu.
Səlcuqlar Anadoluya gəldikləri zaman, burada, yunanlar, asurlar, ərəblər var idi.Ancaq Anadolunun yeganə hökmdarı Bizans idi.
Ağ Ev bu hərbi müdaxiləni “sülhə ciddi təhdid” kimi dəyərləndirdi.
Göktaş, Buka, Mənsur və Anasıoğlunun idarəsindəki türkmənlər Cizrə ,Diyarbəkir və Mosulu ələ keçirsələr də, uzun müddət orada hökmranlıq edə bilməyib Azərbaycana qayıtdılar.
1863-cü il yanvarın 1-də ABŞ prezidenti Abraham Linkoln Amerika tarixinin dönüş nöqtəsi sayılan “Azadlıq Bəyannaməsi”ni imzaladı.
Fatihin ölümündən əvvəl Misirdəki Məmlük dövləti ilə Osmanlılar arasında ciddi gərginlik yaranmışdı. Sultan II Mehmedin 25 aprel 1481-ci ildə Üsküdara keçməsi ilə yeni hərbi yürüş başlandı. Fatih, demək olar ki, Osmanlı sultanlarının əksəriyyətində müşahidə olunan nikris xəstəliyindən əziyyət çəkirdi. Bu xəstəlik onun hərəkətlərini məhdudlaşdırır, daimi ağrılar içində yaşamasına səbəb olurdu.
Osman Qazi mərkəz kimi istifadə etdiyi Yenişehirin təhlükəsizliyini təmin etmək məqsədilə Marmaracık və Koyunhisar qalaları üzərinə yürüş etdi və bu qalaların sakinlərini özünə tabe etdi. Bu əməliyyatlardan sonra Osman Qazi 1302-ci ildə İznik üzərinə səfərə çıxdı.
1999-cu ilin 31 dekabrında Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin səkkiz illik hakimiyyətdən sonra istefa verdi. Konstitusiyaya uyğun olaraq prezident səlahiyyətləri həmin vaxtın baş naziri, keçmiş xüsusi xidmət əməkdaşı Vladimir Putinə keçdi. O, qısa müddətdə Rusiya siyasətinin əsas fiquruna çevriləcək və XXI əsrdə qlobal proseslərdə böyük rol oynayacaqdı.
Müxtəlif layihələr hazırlandı, lakin heç biri reallaşmadı. ABŞ-ın kanal tikintisinə marağı isə ölkənin qərbə doğru genişlənməsi və 1848-ci ildə baş verən Kaliforniya qızıl axını ilə gücləndi.