Hərb tarixi: Döyüş xronikası

Erkən Osmanlı tarixinin xronologiyası olduqca mürəkkəbdir. Lakin Osmanlı tarixşünaslığının ən görkəmli simalarından biri sayılan Halil İnalcığın araşdırmaları Osman Qazinin hərbi fəaliyyətini daha aydın şəkildə ortaya qoyur. Bafey və Dimbos qələbələrindən sonra Osman Qazi 1304-cü ildə Sakarya çayı üzərində yerləşən Bizans qalalarına qarşı hərbi yürüş təşkil etdi. Bu səfərdən öncə Karacahisara dəvət olunan Harmankaya təkvuru Köse Mihal İslama çağırıldı.

27 yanvar 1944-cü ildə Sovet qoşunları Leninqrad ətrafında Almaniya ordusu tərəfindən yaradılmış mühasirə xəttini tamamilə yararaq şəhərin azad olunmasını təmin edib. Bununla da tarixə “900 günlük mühasirə” kimi düşən, əslində isə 872 gün davam edən Leninqrad mühasirəsi başa çatıb. Leninqradın mühasirəsi rəsmi olaraq 8 sentyabr 1941-ci ildə başlayıb. Şəhər sakinləri ilk mərhələdə tank əleyhinə istehkamlar quraraq müdafiə xəttini formalaşdırmağa nail olsalar da, Leninqrad Sovet İttifaqının daxili bölgələri, xüsusilə Moskva ilə bütün təminat yollarından tamamilə təcrid edilib.

Osman Qazinin ölüm tarixi ilə bağlı tarixçilər arasında yekdil fikir yoxdur. Bəzi mənbələr onun Bursanın fəthindən əvvəl, 1324-cü ildə, digərləri isə Bursanın fəthindən sonra — 1326-cı ilin 6–7 aprel tarixlərində vəfat etdiyini qeyd edir. Erkən Osmanlı tarixi üzrə nüfuzlu araşdırmaları ilə tanınan tarixçi Halil İnalcık Osman Qazinin 1324-cü ildə öldüyünü bildirir.

1924-cü il yanvarın 25-də Fransanın Alp dağlarında yerləşən Şamoni (Chamonix) şəhərində ilk Qış Olimpiya Oyunları möhtəşəm şəkildə start götürdü. Tamaşaçılar xizək tullanması və bobslay da daxil olmaqla, altı idman növünü əhatə edən ümumilikdə 12 yarış növünü böyük maraqla izlədilər. O vaxt bu tədbir “Beynəlxalq Qış İdmanları Həftəsi” adlanırdı və böyük uğur qazandı. Nəticədə 1928-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (BOK) İsveçrənin Sankt-Morits şəhərində keçirilən oyunları rəsmi olaraq ikinci Qış Olimpiya Oyunları kimi tanıdı.

1995-ci il yanvarın 25-də Rusiyanın erkən xəbərdarlıq müdafiə radarları Norveç yaxınlığında gözlənilməz raket buraxılışını qeydə aldı. Rusiya hərbi komandanlığı raketin bir neçə dəqiqə ərzində Moskvanı vuracağını ehtimal etdi. Bundan dərhal sonra Rusiya Prezidenti Boris Yeltsin, müdafiə naziri və baş qərargah rəisi məlumatlandırıldı və nüvə komanda sistemləri döyüş rejiminə keçirildi.

Böyük Britaniyanı və müttəfiqləri İkinci Dünya Müharibəsinin ən ağır illərində idarə edən britaniyalı lider Ser Uinston Leonard Spenser Çörçill 90 yaşında Londonda vəfat edib. Çörçill 1874-cü ildə Bleynhaym sarayında anadan olub. 1895-ci ildə atasının vəfatından sonra Britaniya ordusunun Dördüncü Husar alayına qoşulub. Sonrakı beş il ərzində Hindistan, Sudan və Cənubi Afrikada xidmət edərək parlaq hərbi karyera qurub, döyüşlərdə bir neçə dəfə fərqlənib.

1997-ci ilin bu günü ABŞ tarixində mühüm siyasi hadisə baş verib – Madlen Olbrayt ölkənin ilk qadın dövlət katibi kimi and içib. ABŞ Senatında yekdilliklə təsdiqləndikdən bir gün sonra Madlen Olbrayt Ağ Evdə dövlət katibi kimi and içib. Bununla da o, ABŞ tarixində ən yüksək vəzifə tutan qadın rəsmi şəxsə çevrilib və bir çox müşahidəçilər bu hadisəni dövlət idarəçiliyində “şüşə tavan”ın aşılması kimi qiymətləndiriblər.

1905-ci ilin 22 yanvarında Rusiyanın paytaxtı Sankt-Peterburqda çar hakimiyyətinə qarşı dinc etiraz aksiyası qanlı repressiya ilə nəticələnərək tarixə “Qanlı Bazar” qətliamı kimi düşüb. Yaponiyaya qarşı uğursuz müharibə fonunda daxili narazılığın kəskinləşdiyi bir dövrdə, Romanovlar sülaləsindən olan çar II Nikolayın hakimiyyəti altında Rusiya cəmiyyəti dərin siyasi və sosial böhran yaşayırdı. Korrupsiya, siyasi təzyiqlər və sosial ədalətsizliklər ölkədə geniş narazılıq doğurmuşdu. Bu şəraitdə fəhlə və sosialist hərəkatları güclənir, xaricdə yaşayan inqilabçı liderlər, o cümlədən Vladimir Lenin, çar rejiminin devrilməsi üçün tərəfdar toplayırdı.