Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan bin Abdullah Ər-Riyadda Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüş keçirib. Tərəflər görüş zamanı Səudiyyə Ərəbistanı və Suriya arasında qardaşlıq münasibətlərini nəzərdən keçirib, Suriyada mövcud vəziyyət və regional proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Yaxın Şərq
7 oktyabr 2023-cü ildə Qəzza zolağında müharibənin başlamasından sonra İsrail tərəfindən iş icazələri ləğv edilən təxminən 100 min fələstinli ağır iqtisadi böhranla üz-üzədir. İordan çayının qərb sahilində iş yerlərinin məhdud, maaşların isə İsrailə nisbətən qat-qat aşağı olması səbəbindən minlərlə ailə aclıq həddində yaşayır. Dünya Bankı bölgə iqtisadiyyatının İsrailin məhdudiyyətləri səbəbindən tamamilə çökə biləcəyi barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanının Vəliəhdi və Baş naziri Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz ölkədə rəsmi səfərdə olan Böyük Britaniyanın Vəliəhdi, Uels şahzadəsi Vilyamı qəbul edib. Bazar ertəsi axşam saatlarında baş tutan görüş çərçivəsində tərəflər Səudiyyə dövlətinin beşiyi sayılan və YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi "At-Turaif" rayonuna (Diriyə) gəzinti ediblər.
Livanın "Əl-Camaa əl-İslamiyyə" partiyası İsrail hərbçilərini ölkənin cənubunda həyata keçirilən reyd zamanı öz rəhbərlərindən birini qaçırmaqda ittiham edib. Hadisə bazar ertəsi günü Hasbayya rayonunda baş verib.
İsrail fələstinli məhbuslar üçün "edam qanunu"nu icra etməyə hazırlaşır: Heyətlər təlim keçir və xüsusi yer hazırlanır. Məhbuslar İnformasiya Bürosu İsraildə fələstinli məhbuslar üçün "edam qanunu"nun tətbiqinin yaxınlaşması barədə üzə çıxan məlumatların təhlükəli olduğu barədə xəbərdarlıq edib. Bu xəbərdarlıq İsrailin "Kanal 13" televiziyasının qanunun icrası üçün xüsusi hazırlıqların başladığını, bura bu prosesi həyata keçirəcək heyətlərin təlimi və icra üçün xüsusi yerin yaradılmasının daxil olduğunu təsdiqləyən hesabatından sonra verilib.
Qəzza Mətbuat Ofisinin verdiyi son məlumata görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəs rejiminə baxmayaraq, İsrail ordusu Qəzza zolağında hücumlarını və soyqırım siyasətini davam etdirir. 4 fevral 2026-cı il tarixinədək olan 115 günlük dövr ərzində İsrailin atəşkəsi 1520 dəfə pozduğu rəsmən açıqlanıb. Bu müddətdə 556 fələstinli həyatını itirib, 1500-dən çox insan isə yaralanıb.
Küveyt Xarici İşlər Nazirliyi bazar günü yaydığı sənədlə "terrorizmlə mübarizə" qaydaları çərçivəsində Livanın səkkiz xəstəxanasını müvafiq siyahıya daxil etdiyini bildirib. Küveyt tərəfinin bu addımı regionda geniş rezonans doğurub. Livanın Səhiyyə Nazirliyi Küveytin bu qərarını "böyük təəccüblə" qarşıladıqlarını bəyan edib. Nazirlik tərəfindən verilən rəsmi açıqlamada qeyd olunub ki, bu məsələ ilə bağlı Küveytin hər hansı bir qurumundan əvvəlcədən heç bir məlumat və ya bildiriş daxil olmayıb. Bildirilib ki, nazirlik məsələyə aydınlıq gətirilməsi üçün rəsmi müraciət edəcək.
Suriyanın şimal-qərb bölgəsində baş verən güclü daşqınlar insan tələfatı və ciddi fəsadlarla nəticələnib. Dövlət mediasının bazar günü verdiyi məlumata görə, təbii fəlakət iki uşağın və Suriya Qızıl Aypara Cəmiyyətinin bir könüllüsünün həyatına son qoyub. İdlib və Latakiya vilayətlərində təsirli olan leysan yağışları, xüsusilə məcburi köçkünlərin məskunlaşdığı düşərgələrdə vəziyyəti ağırlaşdırıb.
"Ynet" xəbər saytının bazar günü verdiyi məlumata görə, İsrail Nazirlər Kabineti İordan çayının qərb sahilində torpaqların qeydiyyatı və sahibliyi prosedurlarında köklü dəyişiklikləri təsdiqləyib ki, bu da fələstinlilərə məxsus evlərin sökülməsinə imkan verir.
"Suriya ayısı" kimi tanınan Məhəmməd Heydər Zammarhəyat “hekayəti” 2025-ci ilin sonunda "Suriya Demokratik Qüvvələri"nin (SDQ) həbsxanalarından birində başa çatdı. Almaniyada yaşayan ailəsi onun həbsxanada ölümü xəbərini bu yaxınlarda aldı. Bu, sərhədləri aşan 30 illik "cihad" səyahətinin sonu idi. Bu səyahət əslində 2001-ci ildə, ABŞ-ın tələbi ilə Mərakeş rəsmiləri tərəfindən 11 sentyabr terror aktları ilə əlaqəli olduğu şübhəsi ilə həbs edilərkən bitmiş kimi görünürdü. Təxminən 2900 nəfərin ölümü ilə nəticələnən həmin hücumlardan sonra o, Suriyaya göndərildi və orada gah "Əhrar əş-Şam", daha sonra isə "İŞİD" sıralarında döyüşçü kimi peyda oldu və sonda SDQ-nin zindanında öldü.
İsrailin Baş naziri Binyamin Netanyahu çərşənbə günü Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. İsrail Baş nazirinin ofisinin açıqlamasına görə, görüşün əsas gündəm mövzusu İranla aparılan danışıqlar olacaq. Netanyahu hesab edir ki, Tehranla istənilən razılaşma yalnız nüvə proqramı ilə məhdudlaşmamalı, eyni zamanda ballistik raketlərin məhdudlaşdırılmasını və İranın regiondakı silahlı qruplara verdiyi dəstəyin dayandırılmasını da əhatə etməlidir.
Suriya ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və ölkənin əsas infrastrukturunun yenilənməsi məqsədi ilə mühüm razılaşmalar əldə olunub. Suriya Prezidenti Əhməd əş-Şəraanın himayəsi altında Dəməşqdə keçirilən rəsmi mərasimdə iki ölkə arasında aviasiya, infrastruktur, su təsərrüfatı, təhsil və rabitə sahələrini əhatə edən genişmiqyaslı əməkdaşlıq sazişləri imzalanıb.