Səudiyyə Ərəbistanının İqtisadiyyat və İnkişaf Məsələləri Şurası videokonfrans formatında iclas keçirərək ölkənin iqtisadi vəziyyəti, "Vizyon 2030" proqramının icrası və bir sıra strateji istiqamətlər üzrə hesabatları müzakirə edib. İclas zamanı İqtisadiyyat və Planlaşdırma Nazirliyinin aylıq hesabatı təqdim olunub. Hesabatda qlobal iqtisadiyyatda baş verən son dəyişikliklər, iqtisadi artım perspektivləri, regional proseslərin milli iqtisadiyyata mümkün təsirləri, həmçinin Səudiyyə Ərəbistanının regionun aparıcı iqtisadi və logistika mərkəzi kimi mövqeyini gücləndirən imkanlar qiymətləndirilib.