Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    HƏMAS-dan BMT agentliyi ilə bağlı bəyanat - UNRWA-nın fəaliyyətinə qarşı addımlar qaçqınların hüquqlarını hədəf alır

    2 İyul 2026 15:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    HƏMAS-dan BMT agentliyi ilə bağlı bəyanat - UNRWA-nın fəaliyyətinə qarşı addımlar qaçqınların hüquqlarını hədəf alır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    HƏMAS Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyinin (UNRWA) gələcəyi ilə bağlı son açıqlamaları kəskin tənqid edib. Hərəkat bildirib ki, agentliyin fəaliyyətinin dayandırılması və ya onun başqa qurumla əvəzlənməsi cəhdləri fələstinli qaçqınlar məsələsinin gündəmdən çıxarılmasına və beynəlxalq hüququn zəiflədilməsinə xidmət edir.

    HƏMAS-ın cümə axşamı yaydığı bəyanatda ABŞ administrasiyasının və Qəzza zolağında fəaliyyət göstərən Sülh Şurasının "Yeni Qəzzada UNRWA üçün yer yoxdur" məzmunlu açıqlamalarına etiraz ifadə olunub. Hərəkat hesab edir ki, bu mövqe İsrailin uzun müddətdir agentliyin fəaliyyətini zəiflətməyə yönəlmiş siyasəti ilə üst-üstə düşür.

    Bəyanatda vurğulanıb ki, UNRWA fələstinlilərin 1948-ci il məcburi köçkünlüyünün beynəlxalq səviyyədə tanınmasının simvoludur və dünya ictimaiyyətinin qaçqınlar qarşısında daşıdığı məsuliyyətin ifadəsidir. Qeyd olunub ki, agentliyin fəaliyyəti BMT Baş Assambleyasının verdiyi mandat əsasında həyata keçirilir.

    HƏMAS bildirib ki, UNRWA-nın fəaliyyətinə müdaxilə etmək, onun səlahiyyətlərini məhdudlaşdırmaq və ya başqa qurumla əvəzləmək beynəlxalq legitimliyə qarşı yönəlmiş addımdır. Hərəkatın fikrincə, belə təşəbbüslər fələstinli qaçqınlar problemini aradan qaldırmaq, fələstinlilərin tarixi hüquqlarını, xüsusilə doğma torpaqlarına qayıtmaq hüququnu zəiflətmək məqsədi daşıyır.

    Hərəkat beynəlxalq ictimaiyyəti BMT agentliyinin maliyyələşdirilməsinin dayandırılması, mandatının azaldılması və ya fəaliyyətinin əvəzlənməsi ilə bağlı çağırışları rədd etməyə çağırıb.

    Bəyanatda qeyd olunub ki, xüsusilə Qəzza zolağında davam edən ağır humanitar böhran fonunda UNRWA-nın humanitar və yardım fəaliyyətini davam etdirməsi həyati əhəmiyyət daşıyır.

    HƏMAS Birləşmiş Millətlər Təşkilatını, donor ölkələri və beynəlxalq ictimaiyyəti üzərlərinə düşən məsuliyyəti yerinə yetirməyə, agentliyin fəaliyyətinin davamlılığını təmin etməyə və fələstinlilərin qanuni hüquqları bərpa olunana qədər onun beynəlxalq mandatını qorumağa çağırıb.

    "Yeni Qəzza" açıqlaması etirazlara səbəb olub

    HƏMAS-ın bəyanatı son günlər Fələstin və ərəb ölkələrində geniş etiraz doğuran açıqlamalardan sonra verilib.

    Belə ki, Qəzza zolağında keçid dövrünün idarə olunması üçün yaradılmış Sülh Şurası sosial şəbəkədə yaydığı paylaşımda "Yeni Qəzzada UNRWA üçün yer yoxdur" ifadəsini işlədərək məqsədin bölgənin humanitar yardımdan asılılığını aradan qaldırmaq olduğunu bildirib.

    Sülh Şurası ABŞ administrasiyasının 2026-cı il yanvarın 16-da təsdiqlədiyi keçid idarəetmə mexanizminin əsas strukturlarından biri hesab olunur. Qurum Qəzza zolağının yenidən inkişafı üçün fəaliyyət planının hazırlanması və beynəlxalq maliyyə vəsaitlərinin əlaqələndirilməsi ilə məşğuldur.

    Bu mexanizm ABŞ Prezidenti Donald Trampın 2025-ci il sentyabrın 29-da irəli sürdüyü genişmiqyaslı planın əsas hissələrindən biridir və sonradan BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənib.

    Ərəb Dövlətləri Liqası da açıqlamaları pisləyib

    Ərəb Dövlətləri Liqası da Sülh Şurasının UNRWA ilə bağlı mövqeyini qətiyyətlə pisləyib.

    Təşkilatın yaydığı bəyanatda bildirilib ki, bu cür açıqlamaların nə hüquqi, nə də humanitar əsası var və onlar fələstinli qaçqınların tarixi hüquqlarına birbaşa zərbə vurur.

    Liqanın Baş Katibliyi xatırladıb ki, UNRWA 1949-cu ildə BMT Baş Assambleyasının 302 saylı qətnaməsi ilə yaradılıb və fələstinli qaçqınlar məsələsi üzrə ədalətli siyasi həll tapılana qədər agentliyin fəaliyyətinə son qoyula bilməz.

    Bundan əvvəl Fələstin Xarici İşlər Nazirliyi də yaydığı bəyanatda UNRWA-nı fələstinlilər üçün əvəzolunmaz həyat xətti adlandırmışdı.

    Nazirlik "Yeni Qəzza" kimi ifadələrin Fələstin coğrafiyasını və demoqrafik bütövlüyünü parçalamağa yönəldiyini bildirərək, belə terminlərin Qəzza zolağını təbii siyasi və coğrafi mühitindən təcrid etmək məqsədi daşıdığını vurğulamışdı.

    Hazırda UNRWA həm İsrail tərəfindən artan siyasi və inzibati təzyiqlərlə, həm də ciddi maliyyə böhranı ilə üzləşib. Bu vəziyyət agentliyin fəaliyyət göstərdiyi beş əməliyyat bölgəsində milyonlarla fələstinli qaçqına təhsil, səhiyyə və humanitar yardım xidmətlərinin göstərilməsini çətinləşdirir.

    Birləşmiş Millətlər Təşkilatı isə İsrailin agentliyin bəzi əməkdaşlarına qarşı irəli sürdüyü ittihamlar fonunda UNRWA-nın qərəzsizlik prinsipinə sadiq qaldığını dəfələrlə bəyan edib.

    #İsrail #Fələstin #Qəzza zolağı #HƏMAS #UNRWA #fələstinli qaçqınlar #BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyi #Qaçqınların hüquqları #Geri qayıdış hüququ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    22 Avqust 2026 22:34

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    22 Avqust 2026 21:46

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    22 Avqust 2026 19:41

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    22 Avqust 2026 19:09

    İsrail ordusu Suriyanın cənubunda hücum həyata keçirdiyini təsdiqləyib

    22 Avqust 2026 19:00

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    22 Avqust 2026 18:33

    Əl-Budeyvi beynəlxalq ictimaiyyəti İsrailin məskunlaşma siyasətini dayandırmağa çağırıb

    22 Avqust 2026 18:24

    ABŞ İsrail naminə bölgədəki müttəfiqlərinin təhlükəsizliyini riskə atıb - Qalibaf

    22 Avqust 2026 18:21

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    22 Avqust 2026 18:17

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    22 Avqust 2026 09:00

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.