Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Livanın Baş nazirindən ittiham - İran bizi müharibəyə sürükləyib

    23 Mart 2026 18:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Livanın Baş nazirindən ittiham - İran bizi müharibəyə sürükləyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Livanın Baş naziri Nəvaf Salam ölkəsinin İsrail ilə müharibəyə cəlb olunmasında birbaşa İranı və "Hizbullah" hərəkatını ittiham edib. O, ölkədəki hərbi əməliyyatların birbaşa İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunduğunu bəyan edib.

    VOA xəbər verir ki, Baş nazir Salam telekanallardan birinə verdiyi müsahibədə "Hizbullah"ın Livanı xəbərdarlıq etmədən müharibəyə sürüklədiyini bildirib. Onun sözlərinə görə, fevralın 28-də Əli Xameneinin ölümü ilə əlaqədar başladılan raket hücumları Livanın deyil, İranın maraqlarına xidmət edib. "Bu o deməkdir ki, müharibə bizə zorla qəbul etdirilib" – deyə Baş nazir vurğulayıb.

    Nəvaf Salam İran qüvvələrinin Livanda qanunsuz şəkildə mövcud olduğunu və hərbi əməliyyatları idarə etdiyini təsdiqləyib. O qeyd edib ki, SEPAH nümayəndələri ölkəyə saxta pasportlarla daxil olublar və hazırda bütün koordinasiyanı öz əllərinə alıblar.

    Baş nazir həmçinin Kiprdəki Britaniya hərbi bazasına həyata keçirilən dron hücumlarına da toxunub. O, bu aparatların məhz Livan ərazisindən buraxıldığını və hücumun birbaşa İran tərəfindən koordinasiya edildiyini bildirib. Kipr rəsmilərinin daha əvvəl səsləndirdiyi "zərbə Livan ərazisindən endirilib" iddiası bununla da rəsmi Beyrut tərəfindən təsdiqini tapıb.

    Xatırladaq ki, Livan hakimiyyəti bu ayın əvvəlində ölkə ərazisində İran İnqilab Keşikçilərinin fəaliyyətini rəsmən qadağan edib. Eyni zamanda "Hizbullah"ın hərbi və təhlükəsizlik fəaliyyətləri dayandırılıb, təşkilata silahlarını dövlətə təhvil vermək barədə çağırış edilib. Baş nazir hökumətin bu qərarların icrasında israrlı olduğunu və Livanın suverenliyini bərpa etmək üçün çalışdıqlarını əlavə edib.

    #Livan Baş naziri Navaf Salam müharibənin İran tərəfindən idarə olunduğunu bəyan edib. #İran İnqilab Keşikçilərinin Livan ərazisinə saxta pasportlarla daxil olduğu üzrə çıxıb. #Hizbullahın Livanı xalqın iradəsi olmadan müharibəyə sürüklədiyi açıqlanıb. #Kiprdəki Britaniya bazasına hücumun Livan ərazisindən edildiyi rəsmən təsdiqlənib. #Beyrut rəsmiləri ölkədəki İran hərbi qüvvələrinin fəaliyyətinə rəsmən qadağa qoyub. #Baş nazir Hizbullahın silahlarını dövlətə təhvil verməsi üçün son çağırışını edib.
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    24 Avqust 2026 10:09

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    24 Avqust 2026 10:01

    Səudiyyə Ərəbistanı Suriyanın paytaxtında viza müraciəti mərkəzi açıb

    24 Avqust 2026 09:23

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir?

    23 Avqust 2026 15:00

    Hörmüz boğazına alternativ tapıldı - İraq vasitəsilə quru yükdaşımalarında rekord artım qeydə alınıb

    23 Avqust 2026 12:57

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    22 Avqust 2026 22:34

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    22 Avqust 2026 19:41

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    22 Avqust 2026 19:09

    İsrail ordusu Suriyanın cənubunda hücum həyata keçirdiyini təsdiqləyib

    22 Avqust 2026 19:00

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    22 Avqust 2026 18:17

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10
    XƏBƏR LENTİ

    Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək - Paşinyan

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

    Prezident İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb

    Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur

    İranla mübarizədə son mərhələyə daxil oluruq - Skott Bessent

    Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    AfD əyalət seçkilərini Almaniyada hakimiyyətə yol kimi görür

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.