Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Ərəb Dövlətləri Xarici İşlər Nazirləri İranın hücumlarını kəskin şəkildə pisləyib

    9 Mart 2026 12:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərəb Dövlətləri Xarici İşlər Nazirləri İranın hücumlarını kəskin şəkildə pisləyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Ərəb ölkələrinin xarici işlər nazirləri bazar günü İranın ərəb dövlətlərinə qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyərək, bu hərəkətləri "beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid" adlandırıblar. Onlar BMT Təhlükəsizlik Şurasını Tehranı bu hücumları dərhal dayandırmağa məcbur etməyə çağırıblar.

    VOA xəbər verir ki, Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində keçirilən fövqəladə iclası iddia edilən hücumları müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə baş tutub. Sessiyanın sonunda iştirakçılar "İranın qanunsuz təcavüzlərini" pisləyən və İranı regiondakı müttəfiq silahlı qruplaşmalar və milislərdən istifadə də daxil olmaqla, "düşmən hərbi əməliyyatlarını və qonşu dövlətlərə qarşı bütün təxribat xarakterli hərəkətləri və ya təhdidləri" dərhal dayandırmağa çağıran 16 bəndlik bəyanat yayıblar.

    Bəyanatda hədəf alınan ərəb ölkələrinin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə "sarsılmaz dəstək" bir daha təsdiqlənib, onların təhlükəsizliyini və sabitliyini qorumaq üçün görülən hər hansı tədbirə tərəfdar olduqları bildirilib. Həmçinin, həmin dövlətlərin hücumlara cavab vermək hüququ tanınıb.

    Xarici işlər nazirləri hücumları qəti şəkildə rədd etdiklərini bildirərək, ərəb dövlətləri arasında tam həmrəyliyi vurğulayıblar. Onlar Ərəb Liqasının Nizamnaməsinə və Birgə Ərəb Müdafiəsi və İqtisadi Əməkdaşlıq Müqaviləsinə istinad edərək, üzv dövlətlərin təhlükəsizliyinin bölünməz olduğunu və bir üzvə edilən hücumun hamıya edilmiş sayıldığını xatırladıblar.

    Bəyanatda hədəf alınan dövlətlərin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq fərdi və ya kollektiv özünümüdafiə hüququ təsdiq edilib. BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası da daxil olmaqla, beynəlxalq təsisatlar vasitəsilə İranı məsuliyyətə cəlb edəcək qətnamələrin qəbulu üçün fəaliyyətin davam etdiriləcəyi bildirilib.

    Nazirlər beynəlxalq hüquq çərçivəsində gəmiçilik azadlığına və kommersiya daşımaları hüquqlarına hörmət edilməsinin zəruriliyini vurğulayıblar. Hörmüz boğazının bağlanması və ya Bab əl-Məndəb boğazında naviqasiyanın pozulması kimi cəhdlərin beynəlxalq dəniz yollarını təhdid etdiyi qeyd olunub. Bu cür addımların Körfəz sabitliyini, qlobal enerji təchizatını və beynəlxalq təhlükəsizliyi təhlükəyə atacağı barədə xəbərdarlıq edilib.

    Livanla bağlı bölmədə ölkənin birliyi və suverenliyinə dəstək ifadə olunub. Livan hökumətinin "Hizbullah"ın bütün təhlükəsizlik və hərbi fəaliyyətlərini dərhal qadağan etmək, onları qanunsuz elan etmək və qruplaşmanı yalnız hüquqi çərçivədə siyasi fəaliyyətlə məhdudlaşdırmaq qərarı alqışlanıb. Silahların yalnız Livan dövlətinin və onun qanuni təsisatlarının, xüsusən də Livan Silahlı Qüvvələrinin əlində olması vacibliyi vurğulanıb.

    Fələstin məsələsində isə nazirlər nüfuzlu beynəlxalq aktorları "işğalçı güc" olan İsrailə təzyiq göstərməyə çağırıblar ki, 1967-ci ildə ələ keçirilmiş Fələstin və ərəb torpaqlarının qanunsuz işğalına son qoyulsun.

    Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt iclasın ərəb dövlətlərinin suverenlik pozuntularına qarşı "tək bir səslə" danışdığına dair aydın mesaj verdiyini deyib. O, bu hücumları beynəlxalq hüququn pozulması və ümumi ərəb milli təhlükəsizliyinə təhdid kimi xarakterizə edib.

    Misirin Xarici işlər naziri Bədr Abdelatti də Körfəz ölkələri, İordaniya və İraqla tam həmrəyliyini ifadə edərək, birgə ərəb qüvvələrinin yaradılması da daxil olmaqla, kollektiv təhlükəsizlik mexanizmlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.

    #BMT #Ərəb ölkələri #İsrailin İran hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    27 Avqust 2026 17:26

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42

    Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?

    25 Avqust 2026 09:00

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    BMT qüvvələri Livanda tərəfləri təxribat xarakterli addımlardan çəkinməyə çağırıb

    20 Avqust 2026 19:40

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Livanda 860 minə yaxın məcburi köçkün evinə qayıdıb, böhran isə davam edir - BMT

    18 Avqust 2026 19:46
    XƏBƏR LENTİ

    Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

    Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək

    Bu günə olan valyuta məzənnələri

    Kia avqust ayında 83 mindən çox maşın satdı

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.