Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Ərəb koalisiyası Yəməndə BƏƏ-nin dəstəklədiyi qüvvələrə zərbələr endirib

    7 Yanvar 2026 10:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərəb koalisiyası Yəməndə BƏƏ-nin dəstəklədiyi qüvvələrə zərbələr endirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Nailə Babazadə

    Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Ed-Dali bölgəsinə hava hücumu təşkil etdiyi və Cənub Keçid Şurası (CŞK) sədrinin Aydarus əz-Zübeydi’nin bölgədən qaçdığı bildirildi.

    AzerVoice xəbər verir ki, Yəmən Prezident Şurası isə Zübeydinin şura üzvlüyündən çıxarıldığını və “vətənə xəyanət” ittihamı ilə məhkəməyə veriləcəyini açıqladı.

    Ərəb Koalisiyasının sözçüsü, general Türki əl-Maliki açıqlamasında Yəmən hökuməti və koalisiyanın Zübeydi’ye bağlı qüvvələrin “zirehli və döyüş vasitələri, ağır və yüngül silahlar, eləcə də sursat daxil olmaqla böyük bir qüvvəni səfərbər etdiyinə dair məlumat aldığını” bildirdi.

    Maliki qeyd edib ki, bu qüvvələr gecə saatlarında Aden şəhərindən çıxıb və daha sonra Ed-Dali vilayətində aşkar edilib. Zübeydi’nin “münaqişəni gərginləşdirmək cəhdini” önləmək üçün koalisiyanın Ed-Dali-dəki qüvvələrə “qabaqlayıcı hücum” təşkil etdiyi vurğulanıb.

    O həmçinin bildirib ki, Yəməndəki vəziyyəti müzakirə etmək üçün Riyadda keçiriləcək konfransa qatılması gözlənilən Zübeydi naməlum bir yerə “qaçıb”.

    Yəmən Prezident Şurasından verilən yazılı açıqlamada isə CŞK lideri Zübeydi’nin şura üzvlüyünün ləğv edildiyi və onun barəsində hüquqi prosedurların başladığı bildirilib.

    Açıqlamada qeyd olunub ki, Yəmən Prezident Şurasının sədri Reşad əl-Alimi tərəfindən qəbul edilən qərara əsasən, Zübeydi barəsində irəli sürülən ittihamlar çərçivəsində baş prokurorluğa təqdim olunaraq vəzifəsindən uzaqlaşdırılıb.

    BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasına bağlı qüvvələr 2025-ci ilin dekabr ayının əvvəlində ölkə ərazisinin təxminən yarısını təşkil edən Hadramevt və Mehra vilayətlərini ələ keçirmişdi.

    Şuranın yerli, regional və beynəlxalq çağırışlara baxmayaraq geri çəkilməkdən imtina etməsi üzərinə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Legallığı Dəstəkləmə Koalisiyasının dəstəyi ilə başlanan əməliyyatlar çərçivəsində sözügedən vilayətlər yenidən nəzarət altına alınmışdı.

    #Yəmən #Cənub Keçid Şurası (STC) #hərbi qüvvələrin hərəkəti #mülki əhalinin qorunması #hərbi manevrlər #təhlükəsizlik gücləndirilməsi #Milli Qalxan Qüvvələri #Əbdürrəhman əl-Məhrəmi #Əd-Dali vilayəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vəziyyət gərginləşdi: Müharibə yenidən başlayır

    5 May 2026 13:15

    Ceyhun Bayramov Yəmənin baş naziri ilə regional təhlükəsizliyi müzakirə edib

    18 Aprel 2026 12:58

    Xariciliyin dövrümüzə çatan mötədil qolu - İbadilik nədir?

    12 Aprel 2026 11:16

    Husilər Babülməndəb boğazını bağlamaqla hədələyir

    2 Aprel 2026 12:51

    Yəmən husiləri İran və Hizbullah ilə koordinasiyalı şəkildə İsrailə raket zərbəsi endirib

    1 Aprel 2026 14:02

    İran hücumlarından sonra ilk dəfə Yəməndən İsrailə raket atıldığı iddia edilir

    28 Mart 2026 11:23

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    Yəməndə yeni mərhələ: Silahlı qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi hədəflənir

    12 Yanvar 2026 10:10

    Yəməndə Cənub məsələsi yalnız daxili dialoqla həll olunmalıdır - Ərəb Liqası

    6 Yanvar 2026 12:46

    OPEC+ neft hasilatını sabit saxlayacaq

    4 Yanvar 2026 17:08

    BƏƏ Yəmən xalqını gərginliyin azaldılmasına və dialoqa çağırdı

    3 Yanvar 2026 14:42

    Səudiyyə Ərəbistanı Yəmənin Seyyun hava limanını zərbələr endirib

    2 Yanvar 2026 22:32
    XƏBƏR LENTİ

    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Tarixdə bu gün - 8 İyun

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

    Ərdoğan iqlim böhranını “müharibə qədər təhlükəli” adlandırdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.