#14 dövlət İsrailin birtərəfli qərarını rədd etdi

Fransa, Böyük Britaniya, Kanada və Yaponiya da daxil olmaqla 14 ölkə çərşənbə günü İsrailin işğal altındakı İordan çayının qərb sahilində yeni yəhudi yaşayış məntəqələrinin yaradılması ilə bağlı son qərarını kəskin şəkildə pisləyib və İsrail hökumətini bu qərardan geri çəkilməyə, həmçinin məskunlaşma fəaliyyətlərini dayandırmağa çağırıb. Fransa Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda bildirilir: “Almaniya, Belçika, Kanada, Danimarka, İspaniya, Fransa, İtaliya, İrlandiya, İslandiya, Yaponiya, Malta, Niderland, Norveç və Böyük Britaniyanın nümayəndələri, İsrail hökumətinin təhlükəsizlik kabinetinin işğal altındakı İordan çayının qərb sahilində 19 yeni yaşayış məntəqəsinin yaradılması barədə qərarını pisləyirik.”