Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq - Qətər

    6 Dekabr 2025 20:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq - Qətər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani bildirib ki, Qəzza müharibəsində ABŞ tərəfindən dəstəklənən atəşkəsin möhkəmləndirilməsi ilə bağlı danışıqlar “kritik mərhələdədir” və hazırkı vəziyyəti tam atəşkəs adlandırmaq mümkün deyil.

    AzerVoice xəbər verir ki, Dohada keçirilən Forumda çıxış edən baş nazir bildirib ki, “Hazırkı vəziyyət yalnız pauzadır. Bu, hələ atəşkəs deyil. Atəşkəs o zaman tam olacaq ki, İsrail qüvvələri Gəzzadan tamamilə çıxsın, sabitlik bərpa olunsun və insanlar sərbəst şəkildə gedib-gələ bilsinlər.”

    Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın iki il davam edən müharibəni bitirmək üçün irəli sürdüyü sülh planının növbəti mərhələlərinə dair danışıqlar davam edir. Plana əsasən, Qəzzada beynəlxalq “Sülh Şurası” tərəfindən nəzarət olunan müvəqqəti texnokrat Fələstin hökuməti və beynəlxalq təhlükəsizlik qüvvəsi yaradılmalıdır. Təhlükəsizlik qüvvəsinin tərkibi və mandatı üzrə razılaşma danışıqların ən çətin hissəsi olaraq qalır.

    Cümə axşamı İsrail nümayəndə heyəti Qahirədə vasitəçilərlə son girovun geri qaytarılması məsələsini müzakirə edib. Bu addım Tramp planının ilk mərhəsinin başa çatdırılması üçün əsas şərtlərdən biridir.

    10 oktyabrda atəşkəs qüvvəyə mindikdən sonra zorakılıq azalsa da, İsrail hələ də Qəzzaya zərbələr endirir və “HƏMAS infrastrukturunu” hədəf aldığını deyir. HƏMAS və İsrail isə qarşılıqlı olaraq razılaşmanı pozmaqda bir-birini ittiham edir.

    #Qətər: Gəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq #Doha: Atəşkəs danışıqları kritik mərhələdədir #Qətər baş naziri: Mövcud vəziyyət hələ atəşkəs deyil #Qətərdən Gəzza açıqlaması: tam atəşkəs üçün əsas şərt #Doha Forumunda Qəzza truce-si müzakirə olundu #Qətər: İsrail çıxmayınca sülh mümkün deyil #Премьер Катара: перемирие в Газе неполное без вывода войск Израиля #Доха: переговоры по Газе вошли в критическую фазу #Катар обвиняет Израиль в нарушении условий затишья #Qatar PM: Gaza truce incomplete without full Israeli withdrawal #Talks on Trump peace plan at critical moment #Doha says #Violence drops but Israel continues strikes in Gaza
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    31 Avqust 2026 10:39

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50

    "The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək

    29 Avqust 2026 20:56

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    29 Avqust 2026 20:48

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    Fələstin XİN israilli məskunlaşanların hücumlarının artması barədə xəbərdarlıq edib

    29 Avqust 2026 18:26

    İsrail ordusu Qusrada fələstinlilərin evinə daxil olan israilliləri çıxarıb

    29 Avqust 2026 18:22

    İraq Kürdüstanında pilotsuz uçuş aparatı hücumlarından sonra neft hasilatı bərpa olunub

    29 Avqust 2026 18:13
    XƏBƏR LENTİ

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.