Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Britaniyanın maliyyə mərkəzi Səudiyyə layihələrinə sərmayə yolları axtarır

    15 Noyabr 2025 07:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Britaniyanın maliyyə mərkəzi Səudiyyə layihələrinə sərmayə yolları axtarır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Londonun ən qədim maliyyə mərkəzi sayılan - Roma dövründən bəri ticarət və kommersiyanın qovşağı olmuş City of London — bu həftə Səudiyyə Ərəbistanına səfər çərçivəsində müasir şəhərsalma və infrastruktur sahəsində ən son təcrübələr barədə məlumat almağı hədəfləyir.

    City of London-un Planlaşdırma və Nəqliyyat Komitəsinin sədri Tom Sleigh bildirib ki, səfər həmçinin daşınmaz əmlak, mədəni layihələr və əyləncə sahəsində böyük investisiya imkanları yaradacaq.

    “Hamıya aydındır ki, Səudiyyə Ərəbistanının tikili mühiti, şəhərlərin inkişafı, mədəniyyət, idman və əyləncə sahələri üzrə ambisiyası inanılmazdır. Bu ambisiya, təbii ki, güclü maliyyə imkanları ilə dəstəklənir, lakin əsas olan vizyonun böyüklüyüdür. Məncə, London da daxil olmaqla digər şəhərlər unutmamalıdır ki, ambisiya çox vacibdir.” - deyə o bildirib.

    Komitə sədrinin rəhbərlik etdiyi iki nəfərlik City heyəti şənbə günü Krallığa yola düşəcək. Heyət Opportunity London - paytaxta xarici investisiya cəlb edən təşəbbüs çərçivəsində səfəri həyata keçirir.

    Səfərdə Londonun müxtəlif dairələrindən olan nümayəndələr, eləcə də enerji şirkətləri, inkişaf şirkətləri və investisiya fondlarının təmsilçiləri iştirak edir.

    Sleigh təxminən 20 il əvvəl Əl-Cübeyldə çalışıb. Vision 2030 çərçivəsində Krallıqda baş verən nəhəng dəyişikliklər City of London tərəfindən də diqqətlə izlənilir və Sleigh xüsusilə Ər-Riyadda baş verən “möhtəşəm dəyişiklikləri” yerində görmək istədiyini deyir.

    Səfərin əsas istiqamətləri: gigalayihələr və mədəniyyət

    Sleigh Krallığın iki prioritet sahəsinə diqqət ayıracaq: gigayalçılar və mədəni layihələr. O qeyd edib ki, Ər-Riyadın tarixi Diriyah layihəsinə ediləcək səfər London ilə çoxsaylı oxşarlıqları nümayiş etdirəcək:

    “Şəhər tam piyada zonasıdır, amma avtomobillər üçün üç yeraltı mərtəbəsi var. Bu çox maraqlı yanaşmadır. Biz də London olaraq piyada hərəkətini artırır, avtomobil yükünü azaltmağa çalışırıq. Diriyah ilə aramızda çox ortaq cəhətlər var. Mənim mədəniyyətə böyük marağım var. Mən Avropanın ən böyük incəsənət mərkəzi olan Barbican Center-in keçmiş sədrəyəm. Hazırda teatr rəhbərliyini icra edirəm və London merinə mədəniyyət sahəsində məsləhət verirəm. Bu səbəblə biz Ər-Riyadın Sports Boulevard layihəsini və digər mədəni məkanları ziyarət edəcəyik.”- deyə o bildirib.

    Səfərin mühüm hissələrindən biri də gələn həftə Ər-Riyadda keçiriləcək Cityscape tədbiridir. Burada şəhərsalma modelləri və investisiya imkanları müzakirə olunacaq.

    #Səudiyyə Ərəbistanı #The City of London #2030 Dünya Kuboku layihələri #Vision 2030 Səudiyyə #Vision 2030 planı Səudiyyədə nələri əhatə edir #Səudiyyənin 2030 vizyonuna uyğun təhsil layihəsi #2030 Vizyonu #Səudiyyə Ərəbistanı 2030 Baxışı #Vision 2030 #City of London #Tom Sleigh #Opportunity London #Cityscape Riyadh
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    2 Sentyabr 2026 19:18

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    Səudiyyə Ərəbistanı "Sidr" tankerinin vurulmasına görə İranı qınadı

    2 Sentyabr 2026 16:21

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    2 Sentyabr 2026 14:27

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    2 Sentyabr 2026 12:40

    840 milyon riyallıq tarixi müqavilə tamamlandı - "Əl-Hilal"ın 70 faizi satıldı

    1 Sentyabr 2026 19:35

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    31 Avqust 2026 12:43

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    31 Avqust 2026 12:27
    XƏBƏR LENTİ

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.