Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Oman ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu pisləyib

    22 İyun 2025 11:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Oman ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu pisləyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Oman, ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumu qəti şəkildə pisləyib.

    AzerVoice xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

    Qeyd olunub ki, həmin hücumlar beynəlxalq hüququn pozulmasıdır və regionda münaqişənin genişlənməsinə imkan yaradır.

    “Oman Xarici İşlər Nazirliyi ABŞ-ın İran ərazisindəki obyektlərə etdiyi birbaşa hava hücumları nəticəsində yaranan eskalasiyadan dərin narahatlığını bildirir və bu hərbi təcavüzü qəti şəkildə pisləyir. ABŞ-ın bu addımı müharibənin miqyasının genişlənməsinə imkan yaradır və BMT Nizamnaməsinə, o cümlədən güc tətbiqinin qadağan olunmasına dair beynəlxalq hüquq normalarına ziddir. Bu eyni zamanda dövlətlərin suverenliyinə və onların sülhməramlı nüvə proqramlarını inkişaf etdirmək hüquqlarına qarşı açıq müdaxilədir” - deyə, bəyanatda qeyd olunub.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyunun 22-ə keçən gecə ölkəsinin Hərbi Hava Qüvvələrinin İran ərazisində üç nüvə obyektinə – Fordo, Nətənz və İsfahana qarşı uğurlu hücum həyata keçirdiyini açıqlamışdı. O, həmçinin İranı İsrail ilə münaqişəni dayandırmağa çağırmışdı.

    Xatırladaq ki, Omanın xarici işlər naziri Bədr əl-Busaidi ABŞ və İran arasında nüvə proqramı üzrə dolayı danışıqlarda vasitəçi kimi iştirak edən əsas fiqurlardan biri olub.

    #İran #ABŞ #Oman #hava hücumu #Bədr əl-Busaidi #Oman vasitəçiliyi #İranın nüvə obyektləri #Nətənz nüvə obyekti #Fordo nüvə obyekti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    1 Sentyabr 2026 18:42

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    1 Sentyabr 2026 18:30

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    1 Sentyabr 2026 18:27

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    1 Sentyabr 2026 18:17

    ABŞ–İran qarşılıqlı zərbələrindən sonra neftin qiyməti 90 dolları keçib

    1 Sentyabr 2026 18:14

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    İran ŞƏT Parlament Assambleyasının yaradılmasını təklif edir – Pezeşkian

    1 Sentyabr 2026 10:24

    İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

    1 Sentyabr 2026 10:18

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30
    XƏBƏR LENTİ

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    ABŞ–İran qarşılıqlı zərbələrindən sonra neftin qiyməti 90 dolları keçib

    Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib

    Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.