Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Microsoft şirkəti Qəzzaya zəng edən fələstinlilərin hesablarını bloklayır

    16 İyul 2024 17:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Microsoft şirkəti Qəzzaya zəng edən fələstinlilərin hesablarını bloklayır
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Xaricdə yaşayan fələstinlilər Microsoft-un xəbərdarlıq etmədən e-poçt və Skype hesablarını bağladığını bildiriblər.

    AzerVoice xəbər verir ki, İsrailin hücumuna məruz qalan Qəzzadakı qohumları ilə əlaqə saxlamaq istəyən xarici ölkələrdə yaşayan fələstinlilər Microsoft hesablarından istifadə edə bilmədiklərini deyiblər.

    Səudiyyə Ərəbistanında yaşayan Eiad Hametto Böyük Britaniyanın ictimai yayımçısı BBC-yə, "Onlayn həyatımı öldürdülər. Təxminən 20 ilə yaxındır istifadə etdiyim e-poçt hesabımı dayandırdılar. Bütün işlərim bu hesaba bağlı idi",- deyib.

    Hametto Skype əlaqəsi qura bilmədiyi üçün Qəzzadakı ailəsi ilə əlaqə saxlaya bilmədiyini də söyləyib.

    İsrailin bombardmanları və quru əməliyyatları səbəbindən Qəzza zolağında internet tez-tez kəsilir. Standart beynəlxalq zənglər də çox bahadır.

    Ödənişli Skype abunəlikləri vasitəsilə hətta internet kəsilmiş olsa belə, Qəzzada insanlara ucuz qiymətə zəng etmək mümkündür. Buna görə də proqram bir çox fələstinlilər üçün ciddi ehtiyac halına gəldi.

    BBC-nin danışdığı xaricdə yaşayan bəzi fələstinlilər hesablarının HƏMAS ilə əlaqəsi olduğundan şübhələndikləri üçün bağlandığını iddia ediblər.

    HƏMAS ilə heç bir əlaqəsi olmadığını bildirən Hametto, "Biz sadəcə ailələrimizlə əlaqə saxlamaq istəyirik. Siyasi keçmişimiz yoxdur" deyib.

    Texnologiya milyarderi Bill Qeytsin firması hesabların Həmas ilə şübhəli əlaqələrə görə bağlanıb-bağlanmaması ilə haqqında suala birbaşa cavab verməyib.

    Bir Microsoft nümayəndəsi "Skype hesablarının bloklanması şübhəli dələduzluq fəaliyyətinə cavab olaraq baş verə bilər" deyə bildirib.

    ABŞ-da yaşayan Fələstin vətəndaşı Salah Elsadi bildirib ki, aprel ayından Skype-a girişi bloklanıb və Hotmail elektron poçt ünvanı ilə əlaqəli bütün hesablarım bağlanıb.

    Dəfələrlə Microsoft-a şikayət etdiyini, lakin cavab almadığını bildirən Elsadi, "Mən 15 ildir bu Hotmail hesabından istifadə edirəm. Şərtlərini pozduğumu deyərək, heç bir səbəb olmadan hesabımı blokladılar. Bunlar hansı şərtlərdir, deyin bilək? Təxminən 50 anket doldurdum və onlara dəfələrlə zəng etdim."

    Başqa bir fələstinli Xalid Obaied dedi ki, o, artıq Microsoft-a etibar etmir, "Telefon zəngləri etmək üçün bir paket aldım. 10 gündən sonra heç bir səbəb göstərilmədən hesabımı blokladılar. Bu, sadəcə olaraq, Qəzzaya zəng edən bir fələstinli olduğum üçün başıma gəldiyini göstərir."- deyə o əlavə edib.

    Microsoft şirkəti Qəzzaya zəng edən fələstinlilərin hesablarını bloklayır
    #Qəzza #İsrail #Fələstin #Microsoft
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kürdüstan bölgəsi heç bir münaqişənin tərəfi olmaq istəmir - İraq

    8 Avqust 2026 18:34

    İraqın neft ixracı Hörmüz boğazındakı məhdudiyyətlər fonunda 75 faiz azalıb

    8 Avqust 2026 18:12

    İsrail qüvvələri Livanın cənubunda irəliləyib

    8 Avqust 2026 18:05

    İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yeni basqınlar həyata keçirib

    8 Avqust 2026 18:02

    Livanın cənubunda məscid yaxınlığında partlayış baş verib

    7 Avqust 2026 19:21

    İsrailli məskunlaşmaçılar Cenin vilayətində yaşayış məntəqələrinə basqın ediblər

    7 Avqust 2026 18:25

    İsrail Hərbi Dəniz Qüvvələri Aralıq və Qırmızı dənizdə genişmiqyaslı təlim keçirib

    6 Avqust 2026 20:29

    İsrail Livanın cənubundakı Meyfadun qəsəbəsinə PUA zərbəsi endirib

    6 Avqust 2026 20:01

    Roma danışıqlarının yeddinci raundu başa çatıb

    6 Avqust 2026 18:18

    İsrail bir gündə Cənubi Livana 113 mərmi atıb - UNIFIL

    6 Avqust 2026 18:15

    Atəşkəsdən bəri Qəzzada hər gün orta hesabla bir uşaq həlak olub - BMT

    6 Avqust 2026 18:04

    İsrail Fələstində sülh istəmir - Hakan Fidan

    6 Avqust 2026 17:40
    XƏBƏR LENTİ

    Türkiyədə insan alveri qurbanlarının sayı açıqlanıb (ÖZƏL)

    İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

    Suriya parlamentində 22 qadın deputat: Siyasi müxtəlifliyin yeni tərkibi

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    Suriya-Livan sərhədində xüsusi əməliyyat keçirilib

    Ciddədə caz və milli irsin sintezi - Dövlət və özəl sektor tərəfdaşlığı başlayır

    2026-cı il Toyota Corolla Cross Hybrid sınaqdan keçdi

    Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

    Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

    Naqasakiyə atom bombası atılmasından 81 il ötür

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.