Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Fələstin Beynəlxalq Əmək Təşkilatında müşahidəçi dövlət statusu alıb

    5 Noyabr 2024 09:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fələstin Beynəlxalq Əmək Təşkilatında müşahidəçi dövlət statusu alıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Beynəlxalq Əmək Təşkilatı (BƏT) Fələstinin təşkilat daxilindəki statusunu “milli azadlıq hərəkatı”ndan “müşahidəçi dövlət”ə dəyişdirilməsi qərarını qəbul edib.

    AzerVoice xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi məlumat verib. Bu qərar BƏT-in İcraiyyə Şurasının toplantısında, Ərəb Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Şahir Səadın və digər ərəb və beynəlxalq birlik nümayəndələrinin iştirakı ilə qəbul edilib.

    Şahir Səad qeyd edib ki, statusun dəyişdirilməsi barədə qərarın son təsdiqi 2025-ci ilin iyun ayında keçiriləcək Beynəlxalq Əmək Konfransında veriləcək.

    BƏT-in Fələstinin statusunu "milli azadlıq hərəkatı"ndan "müşahidəçi dövlət"ə dəyişməsi Fələstinə təşkilatın bütün strukturunda tam iştirak hüququ və "iştirakçı üzvlük" statusuna keçid imkanı verir. Bu qərar ilə Fələstin ilk dəfə 2025-ci ildə hökumət, işçilər və işəgötürənlərdən ibarət üçtərəfli rəsmi nümayəndə heyəti ilə Beynəlxalq Əmək Konfransına qatılacaq.

    Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luc Triangle, BƏT-in Fələstini tanımasının insan və əmək hüquqları baxımından problemlərlə üzləşən Fələstin xalqı ilə həmrəylik əlaməti olduğunu bildirib. Triangle, Fələstin dövlətinin tanınmasının davamlı sülh üçün vacib bir addım olduğunu vurğulayıb.

    Ərəb Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Hind bin Əmmar isə, Fələstinin BƏT-in səsvermə hüququ olan tam üzvlüyə çatdırılması məqsədi ilə Fələstinin beynəlxalq səhnədə səsini daha güclü eşitdirmək üçün çalışdıqlarını ifadə edib.

    #Fələstin #Beynəlxalq Əmək Təşkilatı (BƏT)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Qəzzada çadıra endirdiyi zərbə nəticəsində azı beş nəfər yaralanıb

    19 İyun 2026 21:03

    UNICEF: Oktyabr ayındakı atəşkəsdən bəri Qəzzada 265 uşaq həyatını itirib

    19 İyun 2026 19:45

    İsrail qüvvələri düşərgədə mövqe tutdu

    19 İyun 2026 18:20

    Bu insidentlər təsadüfidir, yoxsa planlı?

    18 İyun 2026 19:40

    Böyük Britaniyanın İsraildən silah idxalı 10 min faiz artıb

    18 İyun 2026 19:30

    Aİ rəsmisi İsrail XİN başçısının “əlaqələri kəsmək” qərarına cavab verib

    18 İyun 2026 18:42

    HƏMAS İsrailin Qərbi Şəriahdakı yeni məskunlaşma planlarını pisləyib

    17 İyun 2026 20:59

    Qəzza: “oktyabr atəşkəsindən” sonra ölənlərin sayı 1000-i keçib

    17 İyun 2026 20:52

    HƏMAS Qərb Sahilində məscidin yandırılmasını pisləyib

    17 İyun 2026 18:52

    İƏT İsrailin Hebronla bağlı planlarını pisləyib

    17 İyun 2026 18:39

    İbrahimiyyə məscidi ilə bağlı beynəlxalq reaksiya

    16 İyun 2026 22:52

    İsrail Hebrondakı dini məkan üzərində nəzarəti gücləndirir

    16 İyun 2026 20:26
    XƏBƏR LENTİ

    Statistik məlumatların şərhi zamanı onların mənbəyi düzgün izah edilməlidir - MEDİA

    Əlcəzair Messini FİFA-ya şikayət etdi

    Pakistan daxili işlər naziri İranın XİN rəhbəri ilə görüşəcək

    Trampın xüsusi nümayəndəsi İranla danışıqlar üçün İsveçrəyə gedib

    Bütün Livan yanmalıdır - Ben-Qvir

    Android 17 yeniləməsini alacaq smartfon və planşetlərin siyahısı tərtib edilib

    Ronaldinyo 46 yaşında futbola qayıdır

    Vaşinqton İsraildə çevriliş planlayır - Netanyahu getməlidir

    "Sən və sənin rüsvayçı hesabatın, indi susacaqsınız" - İsrail nümayəndəsi BMT-nin iki rəsmi nümayəndəsinə hücum etdi

    Türkiyə DÇ-2026-da mübarizəni dayandırdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.