Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin Rəfaha hücumu fəlakətlə nəticələnə bilər - UNİCEF

    27 Fevral 2024 11:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Rəfaha hücumu fəlakətlə nəticələnə bilər - UNİCEF
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Qəzzanı qana bulayan İsrail ölkənin cənubundakı Rəfah şəhərinə qurudan hücuma hazırlaşır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun icraçı direktoru Ketrin Rassel Rəfaha mümkün hücumun fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

    AzerVoice-un məlumatına görə, beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, İsrail rəsmilərindən Rəfaha qurudan hücum planları ilə bağlı açıqlamalar gəlir.

    Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu da Rəfaha mümkün hücumla bağlı narahatlığını bölüşüb.

    İcraçı direktor Ketrin Rassel, Rəfaha qurudan hücumun fəlakətli olacağı barədə xəbərdarlıq edib.

    Russell, 300 mindən az əhalisi olan Rəfahın İsrail hücumlarından qaçan qaçqınlarla birlikdə 1,5 milyon əhalisi olduğuna diqqət çəkib.

    O, Qəzzada indiyədək 30 minə yaxın mülki itkinin 70 faizinin qadın və uşaqlar olduğunu vurğulayıb.

    Russell xəbərdarlıq edib ki, İsrailin Rəfaha mümkün hücumları mülki əhali arasında itki və yaralanmaları xeyli artıracaq.

    Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

    Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

    Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

    İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

    #UNICEF #israil #Rəfah
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livanda hər 24 saatda 11 uşaq ölür - BMT

    29 May 2026 15:28

    BMT: İsrailin Livana hücumları nəticəsində martın 2-dən bəri 200 uşaq həlak olub

    14 May 2026 20:20

    İsrailin Livana son hücumlarında 33 uşaq həlak olub - UNICEF

    10 Aprel 2026 18:06

    Regiondakı münaqişə nəticəsində 189 uşaq həlak olub - UNİCEF

    6 Mart 2026 11:06

    Sudanda məcburi köçkün düşərgəsinə dron zərbəsi: azı 15 uşaq həlak olub

    19 Fevral 2026 15:33

    130-dan çox ölkədə böhran vəziyyəti elan edilib - UNICEF

    11 Fevral 2026 09:13

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    Rəfah sərhəd məntəqəsi vasitəsilə xəstələrin təxliyəsi dayandırılıb

    4 Fevral 2026 13:01

    İsrail yalnız 12 fələstinlinin Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya qayıtmasına icazə verib

    3 Fevral 2026 12:39

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    UNICEF Qəzzada uşaq ölümləri ilə bağlı dünyanı təcili hərəkətə keçməyə çağırıb

    21 Yanvar 2026 11:40

    Qəzzada atəşkəs dövründə 100-dən çox uşaq həlak olub

    13 Yanvar 2026 16:10
    XƏBƏR LENTİ

    Martın 2-dən etibarən Livanda ölüm sayı 3 433-ə çatıb

    Qətər və İsveçrə ABŞ-İran vasitəçilik səylərini dəstəkləməyi müzakirə edib

    ABŞ Hizbullahı İsrail-Livan atəşkəsi pozuntularında günahlandırır

    Körfəzdə yük gəmisi naməlum raketlə vurulub

    İsrailin Livana müdaxiləsi “Böyük İsrail” layihəsi ilə bağlıdırmı?

    Netanyahunun Livanda kiçik uğurları “əsas strateji nailiyyətlər” kimi təqdim olunur

    İsrail ordusu Beyrutun cənub ətraflarında məcburi köçürmə əmri verib

    İsraildən beyin köçü artır - Hansı sahələrdə kadr çatışmazlığı yaşanacaq?

    Məsud Pezeşkian ABŞ maneələrinə baxmayaraq hərəkət təminatı verir

    İsrail ordusu Livandan atılan 3 raketi vurdu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.