Baş xəbər

"İran tərəfindən atılan ballistik raket NATO-ya məxsus hava və raketdən müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib. Torpaqlarımızı və hava məkanımızı hədəf alan hər hansı təhdidə qarşı tərəddüd etmədən bütün lazımi tədbirləri görürük."-deyə nazirliyin açıqlamasında deyilir. Qeyd edək ki, daha öncə İrandna atılan 3 ballistik raket NATO-nun hava və raketdən müdafiə sistemləri vasitəsilə havada zərərsizləşdirilmişdi.

Vilayət rəsmilərinin yaydığı məlumata görə, sübh tezdən həyata keçirilən hava hücumları aşağıdakı hədəfləri vurub: Təbriz Beynəlxalq Hava Limanı: Zərbələr birbaşa hava limanının dispetçer (idarəetmə) qülləsini və uçuş-enmə zolağını hədəf alıb. Nəticədə naviqasiya sistemləri sıradan çıxıb və hava limanının fəaliyyəti dayandırılıb. Sənaye sektoru: Şəhərdə yerləşən və bölgənin ən mühüm iqtisadi sütunlarından biri olan Neft-Kimya Kompleksi də ağır bombardmana məruz qalıb. Təbriz hava limanının və neft-kimya müəssisəsinin hədəf alınması İranın şimal-qərb bölgəsində həm hərbi logistikanı iflic etmək, həm də ölkənin enerji-sənaye potensialını zəiflətmək məqsədi daşıyır. Bu hücumlar 2026-cı il müharibəsinin coğrafiyasının daha da genişləndiyini və strateji mərkəzlərin birbaşa hədəfə alındığını göstərir.

İran hökuməti Livan Xarici İşlər Nazirliyinin tələbinə baxmayaraq, öz səfirinin Beyrutdakı vəzifəsini icra etməyə davam edəcəyini bəyan edib. Rəsmi Tehran Livan tərəfindən "persona non grata" (arzuedilməz şəxs) elan edilən diplomatın ölkədən çıxarılması barədə göstərişə əməl etməyib. Livan Xarici İşlər Nazirliyi keçən həftə səfir Məhəmməd Rza Şeybaninin akkreditasiyasını ləğv etdiyini və ondan martın 29-dək ölkəni tərk etməsini istədiyini açıqlamışdı. Rəsmi Beyrut bu qərarı səfirin Livanın daxili siyasətinə dair verdiyi bəyanatlarla diplomatik konvensiyaları pozması ilə əsaslandırıb. Lakin İran XİN-in sözçüsü İsmayıl Baqayi keçirdiyi mətbuat konfransında Şeybaninin müvafiq tərəflərlə aparılan müzakirələr nəticəsində Beyrutda qalaraq fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Hərbi mənbələr bildirir ki, raketlərdən bəziləri diplomatik dəstək mərkəzinin ərazisinə düşərək yanğına səbəb olub. Hadisə zamanı insan tələfatı qeydə alınmasa da, maddi ziyanın böyük olduğu vurğulanır. Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə hərbi əməliyyatların başlamasından bəri sözügedən kompleks mütəmadi olaraq hücumlara məruz qalır. Bu səbəbdən cari ayın əvvəlində ABŞ-ın diplomatik mərkəzi heyətinin böyük hissəsini təxliyə edib.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar. Nekroloqda deyilir: "Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat etmişdir.

Türkiyənin İstanbul şəhərində yerləşən Kuzey Marmara magistralının Arnavutköy istiqamətində zəncirvari yol qəzası baş verib. Hadisə Başakşehir ərazisində, Fenertepe məntəqəsi yaxınlığında qeydə alınıb. Məlumata görə, hadisə yerinə dərhal çoxsaylı xilasedici, tibbi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polis əməkdaşlarını daşıyan xidmət avtomobilin qəza etməsi nəticəsində bir polis əməkdaşı həlak olub, daha 16 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Suriya İran müharibəsindən udacaq, yoxsa uduzacaq? Dəməşq özünü yeni bir sınaq qarşısında tapıb. O, müxtəlif döyüşlərin arasında sıxılıb qalıb: qərb sərhədlərində İsrailin Livandakı "Hizbullah"a qarşı müharibəsi, şərqdə isə İraqda silahlı qruplaşmalarla dövlət arasında artan gərginlik. Suriya səmalarında isə İsrail təyyarələri ilə İran raketləri və PUA-ları arasında "atəş kəsişməsi" (atəş xətlərinin kəsişməsi) baş verir.

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda keçirilən görüşdə regionda müharibənin dayandırılması yollarının müzakirə olunduğunu bildirib.Məhəmməd İshaq Dar qeyd edib ki, görüş çərçivəsində müharibənin sona çatdırılması üçün mümkün diplomatik mexanizmlər geniş şəkildə müzakirə olunub. O bildirib ki, tərəflər arasında dialoqun intensivləşdirilməsi regionda sabitliyin bərpası üçün əsas şərt kimi qiymətləndirilir.

Pakistanın paytaxtı İslamabadda keçirilən dördtərəfli xarici işlər nazirləri görüşünün ilk mərhələsi başa çatıb, lakin müharibənin dayandırılması ilə bağlı konkret təşəbbüs irəli sürülməyib. Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüş təxminən iki saat davam edib. Görüşdə əsas diqqət regionda gərginliyin azaldılması və diplomatik yollarla münaqişənin həllinə yönəlib.

Misir Xarici İşlər Nazirliyi İslamabadda keçirilən yüksək səviyyəli dördtərəfli görüşlə bağlı rəsmi açıqlama yayıb və regionda hərbi eskalasiyanın qarşısının alınması üçün diplomatik addımların vacibliyini vurğulayıb. Bəyanatda görüşün əsas məqsədinin regionda artan hərbi gərginliyin azaldılması və diplomatik kanalların yenidən aktivləşdirilməsi olduğu bildirilib. Görüş çərçivəsində tərəflər üç əsas istiqamət üzrə müzakirələr aparıblar.