Baş xəbər

Azərbaycan Prezidenti İlham Əliyev "X" sosial şəbəkə hesabında Vaşinqtonda baş verən atışma ilə bağlı paylaşım edib.Paylaşımda deyilir: "Vaşinqtonda Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı. Bu cür zorakılıq aktları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Donald Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olduqlarına şadam. Onlara gələcəkdə də təhlükəsizlik və rifah arzulayıram."

İsrail və Amerikanın Türkiyəni hədəf alması barədə söhbətlər artıq sadəcə bir "sui-qəsd nəzəriyyəsi" deyil; bu məsələ artıq masanın üzərindədir və Türkiyə xarici işlər naziri Hakan Fidan kimi yüksək rütbəli rəsmilərin dilindən səslənir. Nazir bir neçə gün əvvəl açıq şəkildə bildirdi: "İsrail süni bir xarici düşmən olmadan yaşaya bilməz, ona görə də İranla qarşıdurmanı bitirdikdən sonra Türkiyəyə düşmənçilik edəcək". Bəs İsrail Türkiyə və İranı iki fərqli və düşmən sivilizasiya kimi deyil, vahid bir sivilizasiya bloku kimi görür? Bir çoxlarının nəzərindən qaçır ki, İran təxminən min il boyu Türkiyənin həyati əhəmiyyətli nüfuz dairəsi olub və tarixi tədqiqatların işığında bu iki dövlət heyrətamiz dərəcədə iç-içə və bir-birinə bağlıdır.Türklər bu gün də İranda dominan xalqdır və bu danılmaz faktdır.

Ağ Ev müxbirlərinin şam yeməyi mərasimində atəş səslərinin eşidilməsindən sonra gərgin anlar yaşanıb; hadisə nəticəsində Prezident Donald Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Cey Di Vens və bir sıra rəsmi şəxslər təxliyə edilib. Tramp sonradan hər kəsin yaxşı olduğunu təsdiqləyib və mərasimin daha sonrakı vaxta təxirə salındığı elan edilib.

Yaxın Şərqdə davam edən müharibə hələ başa çatmasa da, onun gec-tez sona çatacağı şübhə doğurmur. Ölüm, dağıntı və genişmiqyaslı zorakılıq səhnələri, eləcə də tərəflərin sərt ritorikası zamanla tarixə çevriləcək və region bir müddət sonra bu mərhələni geridə qoyacaq. Lakin bu prosesin nəticəsində bölgədəki güc balansı və siyasi münasibətlər köklü şəkildə dəyişəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nyu-York şəhərinin meri Zohran Kvame Məmdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını pisləyib. Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında yazıb.

Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Bu barədə Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında bildirib. "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində birgə istehsal ilə bağlı çox gözəl imkanlar var", - deyə dövlətimizin başçısı vurğulayıb.

Bir çox istiqamətlər üzrə bu gün biz uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi. Bu barədə Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında bildirib. Bu gün müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlətimizin başçısı deyib: "Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var".