Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Makron Yaxın Şərqə “Dəməşq Qapısından” girmək istəyir

    6 May 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Makron Yaxın Şərqə “Dəməşq Qapısından” girmək istəyir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    Fransa Prezidenti Emmanuel Makron Suriyanın yeni prezidenti Əhməd Əş-Şəraanı rəsmi olaraq Parisdə qəbul edəcək. Bu, Əş-Şəraanın Avropaya ilk səfəri və eyni zamanda, Suriyanın yeni rəhbərliyi ilə Avropa İttifaqı arasında mümkün normallaşma istiqamətində mühüm addım ola bilər.

    Bu səfər Fransa tərəfindən verilmiş şərtli dəvət əsasında baş tutur və Parisin hazırkı mərhələdə Dəməşq hakimiyyətinin niyyətlərini qiymətləndirmək və gələcək münasibətlərin konturlarını cızmaq baxımından əsas siyasi mərkəzə çevrildiyini göstərir. Diplomatik dairələr səfərin nəticələrinə diqqətlə baxır, çünki bu, Avropanın Suriya siyasətinə yön verə bilər və Fransanın Suriyadakı təsir imkanlarını da müəyyənləşdirəcək.

    Fransa Prezident Administrasiyası bildirib ki, Makron görüş zamanı “azad, sabit və suveren bir Suriyanın qurulmasına dair Fransanın dəstəyini bir daha ifadə edəcək və ölkədəki bütün sosial komponentlərin hüquqlarına hörmət göstərilməsinə çağıracaq”. Bəli cənubi Qafqazda bu yanaşmanı sərgiləyə bilməyən Makron bunu Suriyada etmək niyyətindədir.

    Açıq şəkildə vurğulanıb ki, “bu görüş Fransa dövlətinin Suriyada sülh və demokratiya arzusu ilə yaşayan insanlara olan tarixi öhdəliyinin bir hissəsidir”. Prezident Makron, həmçinin, Suriyanın yeni rəhbərliyinə bölgədə, xüsusilə də Livanda sabitliyin təmin olunması və terrorizmlə mübarizə tələblərini bir daha təkrarlayacaq.

    Fransanın bu mesajı Parisin hər hansı diplomatik normallaşma prosesini konkret şərtlərlə – regional sabitlik və insan hüquqlarına hörmət prinsipləri ilə bağlamaq niyyətində olduğunu göstərir. Ən azında bu belə görünür.

    Xatırladaq ki, 2024-cü ilin fevralında Makron Şəraanı Fransaya rəsmi səfərə dəvət etmiş, lakin mart ayının sonunda bu dəvətin icrası üçün bir şərt irəli sürmüşdü: Suriyada mülki cəmiyyətin bütün təbəqələrini əhatə edən hökumətin formalaşdırılması və qaçqınların geri dönməsini təmin edəcək təhlükəsizlik zəmanətləri.

    Əhməd Əş-Şəraa 2023-cü ilin dekabrında, Bəşşar Əsədin İdlibdə yerləşən və “Heyət Təhrir əş-Şam” tərəfindən dəstəklənən İslamçı qruplar koalisiyası tərəfindən devrilməsindən sonra hakimiyyətə gəlmişdi. O, beynəlxalq ictimaiyyət qarşısında daha mülayim və demokratik imic formalaşdırmağa çalışır və Suriya üçün sanksiyaların qaldırılmasına nail olmağı hədəfləyir.

    Əş-Şəraa indiyədək Səudiyyə Ərəbistanı, İordaniya, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərlər edərək regional və beynəlxalq dəstək toplamağa cəhd göstərib. Lakin onun qarşısında duran problemlər böyükdür. 2024-cü ilin martında Suriyanın qərbində baş verən toqquşmalar nəticəsində 1700 nəfər, əsasən ələvilər həlak olub. Eyni zamanda, Dürzi silahlılarla hökumət qüvvələri arasında yaşanan toqquşmalar və qeyri-hökumət təşkilatlarının sənədləşdirdiyi insan hüquqları pozuntuları yeni hakimiyyətin bəzi ekstremist qruplara nəzarət edə bilmədiyini göstərir. Bu Qərb dairələrində Əş-Şəraanın insan hüquqlarına hörmət sahəsində səmimiyyətinə dair şübhələr doğurur.

    Əş-Şəraanın Parisə səfəri, təkcə Fransa ilə Suriya arasında ikitərəfli münasibətlər baxımından deyil, həm də Avropa İttifaqının gələcək Suriya siyasəti kontekstində həlledici xarakter daşıyır. Dəməşqin regional sabitlik və insan hüquqları ilə bağlı Fransanın və Aİ-nin irəli sürdüyü şərtlərə necə cavab verəcəyi, bu münasibətlərin ya tədricən normallaşma və iqtisadi-siyasi əməkdaşlıq mərhələsinə keçəcəyini, ya da mövcud izolyasiyanın davam edəcəyini müəyyən edəcək.

    Bu səfərin əhəmiyyəti yalnız Avropa ilə məhdudlaşmır. Avropanın Suriya ilə yaxınlaşması region ölkələrinin mövqelərinə də təsir edə və Yaxın Şərqdə yeni siyasi düzənə qapı aça bilər.

    Hazırkı geosiyasi dəyişikliklər fonunda Fransa bu təşəbbüslə Yaxın Şərqdə yenidən təsirli gücə çevrilmək istəyir. Ona görə də Parisdə keçiriləcək bu görüşün nəticələri beynəlxalq miqyasda böyük maraqla izlənilir.

    Əş-Şəraanın Paris səfərindən öncə, Avropa İttifaqının razılığı ilə Fransa xarici işlər naziri Jan-Noel Barro və Almaniyanın xarici işlər naziri Annalena Berbok Dəməşqə səfər etmişdilər. Barro həmin səfər zamanı Fransanın Suriyadakı mülki cəmiyyət təmsilçiləri və xristianlarla həmrəyliyini ifadə etmiş və Suriyanın gələcəkdə sabit, suveren və sakit bir ölkə olacağına ümid etdiyini bildirmişdi. Lakin o, bu ümidin “gerçək, amma çox kövrək” olduğunu da vurğulamışdı.

    Səfərdən öncə, Fransa Dəməşqə diplomatik nümayəndə heyəti göndərmiş və 2012-ci ildən bağlanmış Fransız səfirliyinin üzərində bayrağını yenidən qaldırmışdı. Bu, Fransanın Suriya ilə əlaqələri bərpa etmək niyyətinin simvolik göstəricisi kimi qiymətləndirilir.

    Qeyd edək ki, Fransa Səfirliyi 6 mart 2012-ci ildə, o dövrün prezidenti Nikola Sarkozinin qərarı ilə, Bəşşar Əsəd rejiminin dinc etirazçılara qarşı repressiyalarını pisləmək məqsədilə bağlanmışdı.

    #Emmanuel Makron #Druz #Druz icması #Livan druz lideri Valid Cumblat #Suriyada Ələvi və Dürzi qarşıdurmaları #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #Əhməd Şəraa hakimiyyəti və sələfi keçmişi #Makroiqtisadi siyasət #Əhməd əş-Şəraa siyasəti #Makron vasitəçilik #Şaraa Makron görüşü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suveydada baş verən toqquşmalarda 10 təhlükəsizlik əməkdaşı yaralanıb

    1 Sentyabr 2026 10:39

    Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib

    28 Avqust 2026 07:36

    Səudiyyə Ərəbistanı regional sabitlik və boğazlarda təhlükəsizliyə ciddi önəm verir

    25 Avqust 2026 18:31

    Səudiyyə Ərəbistanı Fransada 22 min iş yeri açacaq

    25 Avqust 2026 10:15

    Makron ölümə yardım haqqında qanunu təsdiqlədi

    19 Avqust 2026 14:03

    Fransada meşə yanğınları - 197 mindən çox insan təxliyə edilib

    25 İyul 2026 19:56

    Fransada son 50 ilin ən genişmiqyaslı meşə yanğını qeydə alınıb

    25 İyul 2026 09:41

    Fransa meşə yanğınları ilə mübarizə üçün Aİ-dən yardım istəyib

    24 İyul 2026 14:20

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    20 İyul 2026 22:46

    Makron və Merts müdafiə sahəsində əməkdaşlığı genişləndirir

    18 İyul 2026 11:50

    Fransa Hörmüzə alternativ neft yolu kimi Suriyanı araşdırır

    9 İyul 2026 20:52

    Türkiyə Prezidenti təxribatlara qarşı xəbərdarlıq edib

    8 İyul 2026 21:47
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.