Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Səudiyyədən Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    24 Sentyabr 2024 13:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyədən Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email


    Bakı, AzerVoice

    2024-cü ilin yanvar-avqust aylarında Səudiyyədən Türk limanlarına 1 milyon 248 min 18 ton yük daşınıb.

    Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Səudiyyədən Türkiyə limanlarına 120 min 663 ton yük daşıyıb.

    “Bu ilin yanvar-avqust aylarında Səudiyyədən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 1 milyon 127 min 385 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

    Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Səudiyyədən Türkiyəyə Səudiyyə bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb.

    2024-cü ilin yanvar-avqust aylarında Səudiyyədən Türkiyə limanlarına 430 min 224 tranzit yük daşınıb.

    Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyə limanlarının yük dövriyyərisi 31 milyon 474 min 554 ton olub.

    Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə həyata keçirilən yük dövriyyəsi 2 milyon 462 min 885 ton təşkil edib.

    “Türkiyə limanlarında digər ölkərin bayraqları altında gəmilərlə yük daşıma dövriyyəsi 29 milyon 11 min 669 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Bununla yanaşı, 2024-cü ilin avqust ayında Türkiyə limanlarında transit yük daşıma dövriyyəsi 5 milyon 673 min 127 ton təşkil edib.

    Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 267 milyon 808 min 760 ton yük qəbul edib.

     “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 918 min 491 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 247 milyon 890 min 269 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 33 milyon 388 min 386 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin yanvar- avqust ayında Türkiyə limanları 40 min 846 gəmi qəbul edib.

    Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 26 min 836, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 14 min 10 olub.

    #Səudiyyə Ərəbistanı #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Makron: Misir, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ G7 sammitinə dəvət olunub

    10 İyun 2026 22:31

    Sabiha Gökçən Hava Limanında sərnişin axını artır: İlk beş ayda 19,3 milyondan çox sərnişinə xidmət göstərilib (ÖZƏL)

    10 İyun 2026 11:10

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 32 milyondan çox xarici sərnişin (ÖZƏL)

    10 İyun 2026 10:13

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    6 İyun 2026 22:05

    Livan Prezidenti Səudiyyə Ərəbistanın vəzir-əmirinə dəstəyi üçün təşəkkür edib

    5 İyun 2026 21:42

    Səudiyyə Ərəbistanın Atletika komandasının üzvləri ilə görüş keçirilib

    5 İyun 2026 20:52

    Lavrov: Hər hansı razılaşma Tehranın maraqlarını nəzərə almalıdır

    5 İyun 2026 18:32

    Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?

    5 İyun 2026 06:00

    Suverenliyin qorunması üçün hansı tədbirlər görülür?

    3 İyun 2026 19:51

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    2 İyun 2026 22:48

    Səudiyyə İranın Küveyt hücumunu pisləyib

    1 İyun 2026 16:30

    Hakan Fidanın təklif etdiyi platformada hansı ölkələr yer alacaq?

    30 May 2026 19:17
    XƏBƏR LENTİ

    Suriyada keçmiş rejim rəsmilərinin mühakiməsi hüquqi boşluqlarla üzləşir: Cəzasızlıq riski gündəmdədir

    Makedoniyalı İsgəndərin ölümündən 2349 il ötür: Dünyanın ən böyük imperiyalarından birini quran sərkərdənin sirli sonu

    Əfsanə elektrik mühərriki ilə qayıdır: Yeni Mitsubishi Eclipse Sportback EV

    Tarixdə bu gün - 11 İyun

    Trampın iddiaları rəsmi sənədlərlə təsdiqlənibmi?

    Makron: Misir, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ G7 sammitinə dəvət olunub

    Tramp: Müharibə bitdikdən sonra bazar stabilləşəcək

    Hindistan ABŞ‑ın dəniz hücumuna görə səfirini geri çağırdı

    Məsud Pezeşkian: İran hər hansı təzyiq və təhdid qarşısında möhkəm dayanacaq

    Tramp administrasiyası İranla bağlı yeni sanksiyalar tətbiq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.