Bakı. AzerVoice:
İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopter qəzasında həlak olanların adları açıqlanıb.
AzerVoice bu barədə İran mediasına istinadən xəbər verir.
Qəzada həlak olanlar:
1-Ayətullah Seyid İbrahim Rəisi
2- Ayətullah Seyid Məhəmməd Əli Əl-Haşim
3- Dr. Hossein Amirabdollahian
4- Doktor Malik Rəhməti
5- Sərdar Seyid Mehdi Musəvi
6- Ənsar əl-Mehdi
7- Pilot
8- Pilotun köməkçisi
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilib. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.