Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Sahibə Qafarova Malayziya Parlamenti Senatının sədri ilə görüşüb

    1 May 2024 18:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sahibə Qafarova Malayziya Parlamenti Senatının sədri ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Mayın 1-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Malayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqal ilə görüşüb.

    AzerVoice xəbər verir ki, görüşdə Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti haqqında danışıb. Forum çərçivəsində keçirilən "Mədəni irsin qorunmasında qanunvericiliyin və qabaqcıl təcrübələrin rolu" mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın sözügedən mövzunun parlamentarilər tərəfindən müzakirəsi və qanunverici orqanlar arasında dialoqun daha da dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Bakı Prosesi” əsasında yaradıldığını xatırladan Milli Məclisin sədri Sahibə Qafarova, bu Forumun hazırda mədəniyyətlərarası dialoq, dünyamızı narahat edən, birgə səylər və əməkdaşlıq tələb edən məsələlər üzrə açıq müzakirələr üçün beynəlxalq səviyyədə mühüm platformaya çevrildiyini bildirib.

    Söhbət zamanı həmçinin Azərbaycan və Malayziya arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olub. Müxtəlif sahələrdə əməkdaşlıq ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün möhkəm zəmin yaradır. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd edilib.

    Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında da əməkdaşlıq etdiyi və bir-birini dəstəklədiyi vurğulanıb.

    Görüşdə parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin dövlətlərarası münasibətlərin inkişafına mühüm və müsbət təsir göstərən istiqamətlərdən biri olduğu ifadə edilib. Qeyd edilib ki, parlamentlərimiz arasında qarşılıqlı səfərlər münasibətlərin daha da dərinləşməsinə töhfə verir, dostluq qrupları arasında təmasların gücləndirilməsinin önəmi vurğulanıb. Spiker Sahibə Qafarova parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etməsindən məmnunluğunu bildirib. O, Malayziyanın Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan və mühüm beynəlxalq parlamentlərarası əməkdaşlıq platforması olan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin konfranslarında iştirakını da yüksək qiymətləndirib.

    Milli Məclisin sədri Sahibə Qafarova həmçinin regionda mövcud olan vəziyyət haqqında da danışıb. O, Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad edərək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini, hazırda Azərbaycanın təşəbbüsü ilə ölkəmizin irəli sürdüyü 5 prinsip əsasında sülh sazişinin imzalanması istiqamətində işlərin davam etdiyini bildirib. Sahibə Qafarova deyib ki, sülhün əldə olunması bütün regionda təhlükəsizliyin təmin olunmasına xidmət edəcək. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstəyə görə Malayziya tərəfinə təşəkkür edərək, təəssüflə qeyd edib ki, bəzi dövlətlər, ilk növbədə Fransa sülhün bərqərar olmasına və normallaşma prosesinə əngəl törədir.

    Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Malayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqal VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

    O, Malayziyanın Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, iki ölkə arasında əlaqələrin bir sıra sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Senat sədrinin sözlərinə görə, dövlətlər arasında münasibətlər xalqlarımızın da daha da yaxınlaşmasına töhfə verir. O, siyasi dialoqla yanaşı, təhsil, mədəniyyət, gənclər siyasəti sahəsində əməkdaşlıq imkanları barədə də fikirlərini bölüşüb.

    Söhbət zamanı Mutanq Taqal, ölkəsinin qanunverici orqanlar arasında da dialoq və əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıraraq, qarşılıqlı səfərlərin bu istiqamətdə töhfə verəcəyinə inamını ifadə edib.

    Qonaq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar təbriklərini çatdırıb. Qeyd olunub ki, belə mühüm qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

    Sahibə Qafarova Malayziya Parlamenti Senatının sədri ilə görüşüb
    #Sahibə Qafarova #Malayziya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?

    5 İyun 2026 06:00

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Malayziya İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində hüquqi addım atır

    25 May 2026 10:27

    Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədri ilə görüşüb

    21 May 2026 21:49

    Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

    14 May 2026 18:41

    Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gedib

    14 May 2026 09:48

    Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

    7 May 2026 19:09

    İqtisadiyyatda Türkiyə imzası: Halal turizm və ticarətdə yeni rekordlar

    2 May 2026 10:40

    Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədlər qəbuledilməzdir – Sahibə Qafarova

    1 May 2026 11:12

    Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb

    22 Aprel 2026 19:01

    Milli Məclisin sədri İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

    21 Aprel 2026 19:23

    TUSAŞ və Malayziya arasında aviasiya sahəsində strateji tərəfdaşlıq genişlənir

    20 Aprel 2026 17:34
    XƏBƏR LENTİ

    Türk gənclərinin milyard dollarlıq təhsil startapı - Udemy haqqında nə bilirik?

    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Tarixdə bu gün - 8 İyun

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.