Bakı. AzerVoice:
Türkiyə xarici işlər nazir Hakan Fidan Misirin xarici işlər naziri Samih Şükri ilə Qəzzadakı vəziyyəti müzakirə edib.
AzerVoice-nin məlumatına görə, Fidan G20 Xarici İşlər Nazirləri Toplantısı üçün olduğu Braziliyanın Rio-de-Janeyro şəhərində misirli həmkarı Şükri ilə görüşüb.
Görüşdə prezident Ərdoğanın Misirə səfəri zamanı imzalanan birgə bəyannaməyə uyğun olaraq münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində atılacaq addımlar müzakirə edilib.
Qəzzadakı vəziyyətlə bağlı siyasi arenada görüləcək işlər və daha çox humanitar yardımın çatdırılması üçün görüləcək tədbirlər müzakirə edilən görüşdə regional məsələlər və Liviyadakı proseslər də gündəmə gətirilib.
Samih Şükrinin martın 1-3-də keçiriləcək Antalya Diplomatik Forumunda və İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqası Təmas Qrupu üzvlərinin iştirakı ilə keçiriləcək Qəzza Panelində də iştirakı gözlənilir.
Hafiz Rufizoğlu