Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanatını qətiyyətlə rədd edir və pisləyirik

    9 Fevral 2024 09:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanatını qətiyyətlə rədd edir və pisləyirik
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    8 fevral 2024-cü il tarixində Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə Ermənistan Respublikasının Xarici İşlər Naziri Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanatını qətiyyətlə rədd edir və pisləyirik.

    AzerVoice xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə çıxışına münasibət bildirərkən deyib.

    Bu çıxış, Ermənistanın Roma Statutuna qoşulmasının bu qurumlardan öz əsassız iddiaları, bədxah hərəkətləri, nifrət təbliğatı, dezinformasiya və beynəlxalq hüququn yanlış təfsiri üçün istifadə etmək cəhdi olduğunu bir daha nümayiş etdirir.

    Beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını ala bilməməsi və 30 ilə yaxın müddətdə ərazilərimizin işğalına son qoyulmaması, Ermənistan tərəfindən kütləvi vəhşiliklər və insanlıq əleyhinə cinayətlər törədilməsinə, Ermənistanın müharibəni qızışdıran bəyanat və hərəkətlərini davam etdirməsinə maneçilik törətməməsi bu ölkədə cəzasızlıq hissinə təkan verib.

    Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarını davam etdirməsi, o cümlədən azərbaycanlılara qarşı irqi ədavəti qızışdırması və təşviq etməsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deyil, həm də Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan Ermənistana qarşı iş üzrə 7 dekabr 2021-ci il tarixli müvəqqəti qərarı əsasında üzərinə götürdüyü öhdəliklərə ziddir.

    Ermənistanın uydurma tarixi rəvayətlərə və irqçi ideologiyaya əsaslanan qeyri-qanuni ərazi iddialarını reallaşdırmaq məqsədilə təcavüzü zamanı törətdiyi hərbi cinayətlərə, on minlərlə dinc sakini vəhşicəsinə qətlə yetirməsinə, həyata keçirdiyi genişmiqyaslı etnik təmizləməyə və işğal altında olan minlərlə şəhər, qəsəbə və kəndin yerlə yeksan edilməsinə görə məsuliyyət daşıdığının beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana xatırlanması və bunun məsuliyyətini tələb etməsi vacibdir.

    Azərbaycan tərəfi beynəlxalq hüququn ciddi pozuntularına görə cəzasızlığa son qoymaq, qanunun aliliyini təşviq etmək, regionda sülh, təhlükəsizlik və sabitliyin qurulması, möhkəmləndirilməsi və davam etdirilməsi istiqamətində səylərini davam etdirəcək.

    #Xarici İşlər Nazirliyi #Ararat Mirzoyan #Ayxan Hacızadə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    31 Avqust 2026 14:55

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40

    Azərbaycan Afrika Respublikasına başsağlığı verib

    20 Avqust 2026 12:10

    Azərbaycan Əfqanıstanı təbrik edib

    19 Avqust 2026 10:35

    Rusiya səfiri XİN-ə çağırıldı

    18 Avqust 2026 13:23

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19

    Azərbaycan Ekvadoru Milli Günü münasibətilə təbrik edib

    10 Avqust 2026 16:14

    Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb

    6 Avqust 2026 20:35

    Azərbaycan zərurət yaranacağı halda Ukraynaya qaz tədarük etməyə hazırdır - Ceyhun Bayramov

    6 Avqust 2026 16:05
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

    Yəməndə ərzaq böhranı dərinləşir

    İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

    Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.