Bakı. AzerPress:
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, bu gün Tacikistana rəsmi səfər edəcək.
AzerPress-in məlumatına görə, Hakan Fidan, Tacikistan Respublikasının Xarici İşlər Naziri cənab Sirojiddin Muhriddinin dəvəti ilə Tacikistana rəsmi səfər edəcək.
Səfər zamanı, Tacikistanla ikitərəfli əlaqələr və çoxtərəfli platformalarda əməkdaşlıqla yanaşı, hər iki tərəfi narahat edən cari regional və beynəlxalq hadisələrlə bağlı qarşılıqlı görüşlər də planlaşdırılır.
Aytac Süleymanova
Twitter: a_alieva_