Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və Tarix
    İslam və Tarix

    “Radıyallahu anh” ifadəsinin istifadəsi və tarixçəsi

    21 İyul 2025 13:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Radıyallahu anh” ifadəsinin istifadəsi və tarixçəsi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice , Azərbaycan İslam Ensiklopediyası

    Ömər bin Əbdüləzizin xilafətinə qədərki Əməvilər dövründə cümə xütbələrində bəzi səhabələrə qarşı təhqiramiz ifadələr işlədildiyi məlumdur. Ancaq Ömər bin Əbdüləziz bu praktikaya son qoymuş, həmin ifadələri "tərraddî" (yəni "radıyallahu anh" – Allah ondan razı olsun) şəklində duaya çevirmişdir.

    Hədis məclislərinin ədəbi qaydalarına görə, istər müəllim, istərsə də tələbə, hədis oxuyarkən Peyğəmbərimizin adı çəkildiyi zaman ona salavat gətirməli, səhabə adları keçdikdə isə "radıyallahu anh" və ya "rıdvānullahi aleyh" şəklində dua etməlidir.

    Əgər söhbət həm özü, həm də atası səhabə olan İbn Ömər və ya İbn Abbas kimi bir şəxsdən gedirsə, "radıyallahu anhuma" (Allah ikisindən də razıolsun), həm özü, həm atası, həm də babası səhabə biri üçün isə "radıyallahu anhüm" (Allah onlardan razı olsun) ifadəsi işlədilir.

    Məşhur alim İmam Nəvəvi, bu duanın yalnız səhabələrlə məhdudlaşdırılmayacağını, alimlər və saleh şəxslər üçün də istifadə olunmasının mümkün olduğunu və bu mövzuda çoxsaylı dəlillərin mövcudluğunu qeyd edir (Nəvəvi, əl-Əzkar, s. 109). Belə ki, hədis yazı məclislərində, ravinin hocadan eşitdiyini uzaqda olanlara çatdıran şəxs, əvvəlcə “Allah sizdən razı olsun (radıyallahu ankə), hansı müəllimlərdən rəvayət edəcəksiniz?” – deyə soruşardı. Bu isə tərraddînin səhabədən sonrakı nəsillərə də şamil edildiyini göstərir.

    Hətta bu dua yalnız vəfat edənlər üçün deyil, həyatda olan şəxslər üçün də işlədilirdi. Məsələn, İmam Şafinin tələbəsi Rəbi bin Süleyman bir tələbənin "Bunu sənə Şafiimi rəvayət etdi?" sualına cavab olaraq, “Əgər hocam haqqında ‘radıyallahu anh’ deməzsənsə, sənə bir hərf belə rəvayət etmərəm” – demişdir (Xətib əl-Bağdadi, əl-Kifaye, II, 106–107).

    Bəzi hədis üsulu kitablarında salavatın yazılması ilə bağlı müzakirələrdə, əsas nüsxələrdə qeyd olunmasa belə, səhabələrin adından sonra “radıyallahu anh” ifadəsinin əlavə edilməsinin vacibliyi qeyd olunmuşdur. Bu ifadənin dua olduğu və mətnin orijinalına müdaxilə sayılmadığı bildirilmişdir.
    Bununla belə, ilk dövr hədis kitablarında səhabələrin adı çəkildikdə müntəzəm şəkildə bu ifadənin yazıldığına dair nümunələrə rast gəlinmir. Məsələn, Əhməd bin Hənbəlin salavat ifadəsini belə yazmadığına dair məlumatlar mövcuddur (İbnü’s-Salâh, s. 188). Həmin dövrdə yazı materiallarının azlığı da nəzərə alındıqda, “radıyallahu anh” ifadəsinin yazıya deyil, şifahi şəkildə oxunuş zamanı deyildiyi nəticəsinə gəlmək olar.

    Qurani-Kərimdə “radıyallahu anhüm və radu anh” ifadəsi dörd ayədə keçir (əl-Maidə 5/119; ət-Tövbə 9/100; əl-Mücadilə 58/22; əl-Bəyyinə 98/8). Bu ayələr “radıyallahu anh” duası üçün ilham mənbəyi olmuş, Allahın razılığına nail olmaq isə bu ifadənin əsas mənəvi dayağına çevrilmişdir .
    Xətib əl-Bağdadi bu duanın əsasını göstərmək üçün iki zəif sənədli hədis də nəql etmişdir. Cabir bin Abdullahın rəvayətinə görə, Rəsulullah Hz. Əbu Bəkrə “Allah sənə Rıdvani Əkbər (ən böyük razılıq) versin” – deyə dua etmişdir. Ənəs bin Malikdən nəql olunan başqa bir rəvayətdə isə, Peyğəmbərimiz ona ayaqqabısını gətirən bir uşağa “Rəbbinin rizasını istədin, Allah da səndən razı olsun” – demişdir.

    #radıyallahu anh nə deməkdir #radıyallahu anh kimlərə deyilir #səhabəyə dua forması #İslamda salavat və tərraddî #Ömər bin Əbdüləziz və cümə xütbələri #hadis oxuma qaydaları #səhabə adlarından sonra dua #İmam Nəvəvi radıyallahu anh #Rebî bin Süleyman və İmam Şafii #Xətib əl-Bağdadi və tərraddî istifadəsi #Quran ayələrində Allahın razılığı #salavat və dua qaydaları #səhabədən sonra alimlərə dua #İslam ədəbiyyatında dua formaları #hədis məclisi ədəbi qaydaları #İslam tarixində söyüş yasağı #radıyallahu anhüm və radıyallahu anhuma fərqi #hadis yazılışında dua istifadəsi #hadis üsulu və tərraddî #radıyallahu anh ifadəsinin mənası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün Vezuvi vulkanı Pompeyini tarixə çevirdi

    24 Avqust 2026 04:08

    İman və etiqad arasında fərq nədir?

    23 Avqust 2026 16:51

    Kitab oxumağın faydaları haqqında nə bilirik?

    21 Avqust 2026 07:56

    Xəlifə Əbu Bəkrin gizli dövlət strategiyası

    7 İyun 2026 16:00

    Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

    31 May 2026 18:00

    Vida həccindən Çinə qədər: Səhabələrin coğrafi yayılması

    26 Aprel 2026 00:04

    İslam tarixində şanlı nəslin tərifi – səhabələr

    19 Aprel 2026 10:43

    İstinca olmadan namaz qılmaq olar? - Fiqhi izah

    16 Noyabr 2025 18:20

    Ölmüş insanın orucu və andını pozmasının qəzası və ya kəffarəsi varmı?

    1 Oktyabr 2025 11:30

    İsrail İrana qarşı böyük addıma hazırlaşır – Bütün dəlillər bir arada

    7 Sentyabr 2025 19:16

    İt saxlayan səhabə - peyğmbərin naibi

    3 Avqust 2025 16:52

    Adları bizə məlum olan neçə səhabə var?

    26 İyul 2025 13:36
    XƏBƏR LENTİ

    Mavritaniyada elektrik kəsintiləri niyə seçkilərlə nəlaqələndirilir?

    Bu gün Vezuvi vulkanı Pompeyini tarixə çevirdi

    Tarixdə bu gün – 24 Avqust

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    Prezident İlham Əliyev: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

    Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

    Quterreşin varisliyi uğrunda yarışda kimlər var?

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

    Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.