#İranın xarici işlər naziri Abbas Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, fevralın 28-də başlayan Amerika və İsrail hücumları hakimiyyətin ən yüksək səviyyələrində hələ də davam edən bir “təhlükəsizlik boşluğu”nun mövcudluğunu üzə çıxarıb. O qeyd edib ki, bu nüfuz etmə təkcə məlumatların sızdırılması ilə məhdudlaşmayıb. Bu problem həm də qərarların qəbul edilməsi prosesinə təsir göstərməyə qədər uzanıb. Eyni zamanda idarəetmə təsisatları daxilindəki psixoloji ab-havanı yönləndirməyə qədər genişlənib.

ABŞ administrasiyası bu ilin əvvəlində Yaxın Şərq ölkələrindən İsrailin İranın iki yüksək səviyyəli nümayəndəsini hədəfə ala biləcəyi barədə Tehrana gizli xəbərdarlıq etmələrini istəyib. Məlumata görə, Vaşinqton İsrailin İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin sədri Məhəmməd Baqir Qalibafı atəşkəs danışıqları zamanı öldürməyə cəhd göstərə biləcəyindən narahat olub. ABŞ hesab edib ki, belə bir addım apreldə başlayan müvəqqəti sülh danışıqlarını pozaraq münaqişənin yenidən alovlanmasına səbəb ola bilər.