Bakı,AzerVoice
Botsvana hökuməti 2492 karatlıq nəhəng daşın mədəndən çıxarılan ikinci ən böyük daş olduğunu və bu gün sərgilənəcəyini açıqlayıb.
Sözügedən almazı çıxaran Kanadanın mədən şirkəti "Lucara Diamond Corp"un açıqlamasında, Karove Mədənindən rentgen texnologiyasından istifadə edilərək heç bir zərər görmədən çıxarılan xam almazın çox yüksək keyfiyyətli olduğu bildirilib.
Botsvana hökuməti yeni kəşf edilən almazın Botsvana prezidenti Mokgweetsi Masisinin ofisində dünyaya təqdim ediləcəyini açıqlayıb. Masisi almazı ilk görən insanlardan biri olacaq.
Qeyd edək ki, sözügedən almaz 1905-ci ildə Cənubi Afrikada tapılan 3106 karatlıq "Cullinan Diamond"dan sonra tapılan ən böyük almazdır.
Əvvəllər Karove Mədənindən çəkisi 1000 karatdan çox olan dörd almaz çıxarılmışdı.