Bakı,AzerVoice
İngiltərədə aparılan araşdırmada, onlayn yemək sifariş edən insanların əsasən aşağı gəlirli ailələrdən gəldiyi və onlarda piylənmə riskinin daha yüksək olduğunu müəyyən edilib.
AzerVoice xəbər verir ki, Beynəlxalq xalq səhiyyə jurnalında (BMJ Public Health) dərc edilən İngiltərə mərkəzli bir araşdırma yüksək gəlirli ailələrin, aşağı gəlirli ailələrdən daha çox onlayn ərzaq aldığını ortaya çıxarıb.
Ümumilikdə, tədqiqatçılar iştirakçıların təxminən 13 faizinin yeddi gün ərzində yemək üçün sifariş proqramlarından istifadə etdiyini və 15 faiz iştirakçının isə isə dörd həftə ərzində onlayn ərzaq sifariş etdiyini müəyyən edib.
Həmçinin, üç faizdən bir qədər çoxunun hər iki xidmətdən istifadə etdiyi aşkarlanıb.
Onlayn ərzaq alış-verişi daha yüksək gəlirlə əlaqəli olsa da, bu alışlar ilə insanın məşğuliyyəti arasında heç bir əlaqə tapılmayıb.
Peşədən asılı olaraq, aşağı gəlirli insanların daha yüksək səviyyəli peşə sahibləri ilə müqayisədə paket servislərdən iki dəfə daha çox istifadə etdikləri məlum olub.