Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Maraqlı faktlar
    Maraqlı faktlar

    Niyə göz təması önəmlidir?

    2 Mart 2025 19:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Niyə göz təması önəmlidir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice - Nərmin Ağayeva

    İzdihamlı bir mühitdə göz-göz gəlmək bəlkə də romantik filmlərin ən sevilən səhnələrindən biridir. Ancaq göz təması təkcə romantik anlarla məhdudlaşmır – bu, şüuraltı reaksiyaları hərəkətə gətirən mürəkkəb bir psixoloji fenomendir.

    Bunu hamımız hiss etmişik - Səs-küylü bir otaqda kimsə ilə baxışlarımız toqquşur və ətrafımız sanki bulanıqlaşır. Ani bir bağlantı hissi yaranır və sanki qarşı tərəf də eyni duyğunu yaşayır.

    Bəs nə üçün göz təması bu qədər güclü təsir bağışlayır? Elm adamları nevrologiya və psixologiya sahəsində apardıqları araşdırmalarla bu sualın cavabını tapmağa çalışıblar.

    Bir insanın bizə baxdığını hiss etdikdə, beynimizdə müəyyən proseslər aktivləşir. Bu, qarşı tərəfin şüuru ilə əlaqə yaratdığımız fikrini oyadır və biz öz mövqeyimizi daha dərindən dərk etməyə başlayırıq.

    Tədqiqatlar göstərir ki, göz təması diqqətimizi artırır, lakin eyni zamanda bizi yayındıra bilər. Məsələn, biz kimsə ilə göz kontaktı qurduqda, ətrafımızdakı digər hadisələr bulanıqlaşır. Beynimiz “mənə baxan bu insanın məni dəyərləndirdiyi” siqnalını qəbul edir və bu, bir çox psixoloji və emosional reaksiyalara səbəb olur.

    Bu fenomeni zooparkda meymunla göz-göz gələn zaman da hiss etmişik. Bizə baxan bir varlığın şüurlu şəkildə bizi analiz etdiyini düşünmək avtomatik olaraq beynimizdə güclü bir reaksiya yaradır.

    Hətta bizə baxan bir insan yox, sadəcə bir şəkil olsa belə, beynimiz sosial qavrayış mexanizmini işə salır. Bunun səbəbi odur ki, biz başqasının diqqət mərkəzində olduğumuz zaman zehni enerjimizi daha çox sərf edirik.

    Araşdırmalar sübut edir ki, ekranda yad bir insanla belə göz təması qursaq, beynimizdə idrakla bağlı proseslər zəifləyir və bu da yaddaş, təxəyyül və diqqətimizi azaldır. Buna görə də insanlar danışarkən bəzən göz təmasını qıraraq , fikirlərini cəmləməyə çalışırlar.

    Göz təması təkcə diqqət deyil, qarşı tərəf haqqında təsəvvürümüzü də formalaşdırır.

    Daha ağıllı və səmimi: Göz kontaktı daha çox quran insanları daha ağıllı, məqbul və səmimi hesab edirik.

    Güvən verən və inandırıcı: Göz təması quran insanların sözlərinə daha çox inanırıq.

    Lakin hər şey balanslı olmalıdır. Həddindən artıq göz kontaktı insanlarda narahatlıq hissi yaradır. Tədqiqatçılar müəyyən ediblər ki, göz təması üçün ideal müddət 3 saniyədir, 9 saniyədən uzun davam edən baxışlar isə insanı narahat və diskomfort hiss etdirməyə başlayır.

    Eyni zamanda, göz kontaktı iki insan arasında tərəfdaşlıq və yaxınlıq hissi yaradır. Maraqlıdır ki, biz bizə göz təması quran insanı özümüzə daha bənzər hiss edirik və onunla sosial bağ qurmağa daha meyilli oluruq.

    Bir-birinə uzun müddət baxan iki insanın göz bəbəkləri bir-birindən təsirlənir. Əgər bir insanın göz bəbəyi genişlənirsə, qarşı tərəfdə də eyni reaksiya müşahidə olunur.

    Bu nə deməkdir? Göz bəbəklərinin genişlənməsi psixoloji və emosional maraqdan qaynaqlanır. Həmçinin, beynimiz genişlənmiş göz bəbəklərini avtomatik olaraq cəlbedici qəbul edir.

    Bu o qədər güclü təsir bağışlayır ki, əsrlər əvvəl qadınlar göz bəbəklərini genişləndirmək üçün xüsusi bitki ekstraktlarından istifadə edirdilər.

    Araşdırmalar göstərir ki, gözlər təkcə bədənimizin bir hissəsi deyil, həm də duyğularımızı ifadə edən güclü vasitədir.

    Məsələn, ikrah hissi keçirdikdə gözlərimizi daraldırıq, bu da qarşı tərəfə şüuraltı bir mesaj ötürür. Həmçinin, sağlam insanların gözlərinin üstündəki dairələr daha çox görünür və bu da onları daha cazibədar edir.

    Bir sözlə, “Gözlər ruhun pəncərəsidir” ifadəsi sadəcə poetik bir cümlə deyil – elm bu iddianı təsdiqləyir.

    Gözlər beynimizin və hisslərimizin xarici dünyaya açılan qapısıdır. Buna görə də başqa biri ilə göz təması qurmaq, onun ruhuna toxunmağa ən yaxın təcrübədir.

    #Bunu bilirsinizmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    30 Avqust 2026 12:00

    Kitab oxumağın faydaları haqqında nə bilirik?

    21 Avqust 2026 07:56

    Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

    26 İyul 2026 14:00

    Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

    19 İyul 2026 20:00

    Bitkilərin cinsiyyəti varmı?

    19 İyul 2026 12:35

    İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

    19 İyul 2026 10:31

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    19 İyul 2026 07:00

    Xarici görünüşümüz həyatımıza necə təsir edir?

    13 İyul 2026 08:01

    İslam memarlığı Avropa sənətini necə formalaşdırdı?

    12 İyul 2026 22:00

    Musiqi dinləmək zehni inkşaf etdirir

    28 İyun 2026 23:00

    Azaltmaq çarə deyil: Siqaret risklərindən qurtulmağın yeganə formulu

    21 İyun 2026 17:00

    Sosial medianın gizli təhlükəsi: Gənclər arasında yayılan "rəqəmsal demansiya"

    21 İyun 2026 13:00
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.