Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Tarixdə bu gün
    Tarixdə bu gün

    Allah adına edilən cinayət - Bu gün Papa Urban II ilk Səlib yürüşünü elan etdi

    27 Noyabr 2025 00:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Allah adına edilən cinayət - Bu gün Papa Urban II ilk Səlib yürüşünü elan etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    27 noyabr 1095-ci ildə Papa Urban II Orta əsrlərin ən təsirli çıxışlarından birini edərək Avropanın bütün xristianlarını “müqəddəs torpaqları geri almaq üçün” müsəlmanlara qarşı müharibəyə çağırdı. Onun məşhur çağırışı — “Deus vult!” (Allah belə istəyir!) — tarixə ilk Səlib yürüşünün başlanğıcı kimi düşdü.

    Urban II (Odo de Lagery) böyük islahatçı Papa VII Qriqorinin yetirməsi idi və o da kilsə daxilində rüşvət, simoniya və başqa pozuntulara qarşı mübarizə aparırdı. 1088-ci ildə papa seçildikdən sonra Avropada katolik kilsəsinin nüfuzunu gücləndirməyə çalışırdı.

    XI əsrin sonlarına yaxın Müqəddəs Torpaqlar — xüsusilə Qüds — avropalı xristianlarla müsəlman türklər arasında ciddi mübarizə obyektinə çevrilmişdi. Səlcuqlar Qüdsü fəth etdikdən sonra xristian zəvvarların şəhərə girişinə məhdudiyyət qoyuldu. Ardınca Səlcuqlar Bizans ərazilərini təhdid etməyə başlayanda, imperator I Aleksey Papaya rəsmi yardım müraciəti etdi.

    Urban II bu müraciəti kilsə hakimiyyətini gücləndirmək üçün tarixi fürsət kimi qiymətləndirdi və Avropanı vahid bayraq altında birləşdirməyə çalışdı.

    Klermon Şurası – Səlib yürüşü çağırışı

    1095-ci ilin noyabrında Fransanın Klermon şəhərində yüzlərlə ruhani və zadəganın iştirakı ilə keçirilən şurada Papa Urban II sarsıdıcı nitq söylədi. O, xristianları bir-biri ilə müharibəni dayandırmağa və Qüdsü geri almaq üçün “müqəddəs müharibəyə” çıxmağa çağırdı.

    Urban çıxışında müsəlmanlara qarşı qərəzli və şişirdilmiş ittihamlar səsləndirdi və yürüşdə ölənlər üçün tam günah bağışlanması vəd etdi. Onun çağırışı Avropada ildırım sürəti ilə yayıldı və qısa müddətdə on minlərlə insan səfərbər olundu.

    Səlib yürüşlərinə qoşulanlar kimlər idi?

    Urbanın çağırışına 60–100 min arası insan qoşuldu. Onların bir hissəsi dini zəlillikdən çıxmaq üçün yürüşə qatılırdı, lakin çoxsaylı avropalı zadəganlar yeni torpaqlar və sərvətlər qazanmaq ümidi ilə yola düşmüşdülər.

    Səlibçi ordular yolda saysız-hesabsız günahsız insanı qətlə yetirdilər.Peşəkar müsəlman orduları qarşısında təcrübəsiz avropalı kəndlilər böyük itkilər verdi. Yalnız say üstünlüyü sayəsində xristianlar müvəffəqiyyət əldə edə bildi.

    Urban II nəticəni görmədən öldü

    1099-cu ildə Qüdsün xristianlar tərəfindən ələ keçirilməsindən iki həftə sonra Urban II dünyasını dəyişdi. O, qələbənin xəbərini eşidə bilmədi. Lakin onun başladığı ilk yürüş sonrakı iki əsrdə 7 böyük Səlib müharibəsinin əsasını qoydu. Bu müharibələrin nəticələri günümüzdə Yaxın Şərqin siyasi tarazlıqlarında hələ də hiss olunur.

    1881-ci ildə Roma Katolik Kilsəsi Urban II-ni müqəddəs elan etdi.

    First Crusade, Pope Urban II, Council of Clermont, Deus vult, Crusades history, Seljuk Turks, Holy Land conflict, medieval Christian Muslim wars, Jerusalem 1099 conquest, Alexius I Comnenus appeal, crusader armies, religious war, why Pope Urban II launched the First Crusade, detailed explanation of Council of Clermont speech, how the First Crusade reshaped the Middle East, reasons behind crusaders’ success, long-term effects of the Crusades, origin of crusader movement in medieval Europe, political role of the papacy in the First Crusade holy land pilgrimage routes, Latin Christendom mobilization, papal authority in medieval Europe, Byzantine–Latin relations, spiritual rewards for crusaders, indulgences and remission of sins, Christian knighthood and holy war ideology, impact of First Crusade on Islamic world, Latin kingdoms of the East, crusader states foundation history

    #Tarixdə bu gün #Papa Urban II ilk Səlib yürüşünü necə başlatdı? Tarixi gün — 27 noyabr 1095 #Klermon Şurası: XI əsri dəyişən çıxış və Səlib yürüşlərinin başlanğıcı #Urban II-nin Deus Vult! çağırışı Avropanı necə alovlandırdı? #Qüds uğrunda savaş: Papa Urban II-ni yürüşə aparan səbəblər nə idi? #İlk Səlib yürüşü haqqında bilmədikləriniz #Urban II kim idi? Orta əsrləri dəyişən papa #Deus Vult — sözün tarixi mənası və Səlib yürüşlərinə təsiri #Səlib yürüşləri necə başladı? Sadə izah #1095-ci ilin mühüm çağırışı: Papa Urban II-nin nitqi #Crusades history #First Crusade explanation #Urban II Clermont speech #Deus vult meaning #Seljuk Turks vs Crusaders #What started the First Crusade detailed explanation #Pope Urban II Clermont speech historical context #How Urban II used religion to mobilize Europe
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixdə bu gün - 9 İyun

    9 İyun 2026 00:01

    Tarixdə bu gün - 8 İyun

    8 İyun 2026 00:01

    Tarixdə bu gün - 7 İyun

    7 İyun 2026 00:01

    Tarixdə bu gün - 6 İyun

    6 İyun 2026 00:01

    Bu gün Robert Kennedi güllələndi

    5 İyun 2026 09:15

    Tarixdə bu gün - 5 İyun

    5 İyun 2026 00:01

    Tarixdə bu gün - 4 İyun

    4 İyun 2026 00:01

    Tarixdə bu gün - 3 İyun

    3 İyun 2026 00:01

    Tarixdə bu gün – 2 İyun

    2 İyun 2026 00:01

    Tarixdə bu gün – 1 İyun

    1 İyun 2026 00:01

    Tarixdə bu gün - 31 may

    31 May 2026 00:01

    Tarixdə bu gün - 30 may

    30 May 2026 00:01
    XƏBƏR LENTİ

    Avropadan İsrailə hüquqi zərbə: İtaliyadan sonra Fransa da Ben-Qvir barəsində istintaq başlatdı

    Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

    Ukrayna ilə Aİ arasında yeni fikir ayrılığı yaranıb

    İran məsələsində İsrail ilə maraqlarımız fərqlidir - Vens

    Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmaq çağırışı edib

    Şimali Koreya qlobal böhranlardan necə qazandı? Pxenyanın gözlənilməz iqtisadi yüksəlişinin pərdəarxası

    Almaniya və Fransa ortaq döyüş təyyarəsi layihəsini dayandırdı

    Ceyhun Bayramov Yaponiyaya getdi

    Böyük Britaniyada rəqəmsal inqilab: NHS 505 min əməkdaşı üçün "Microsoft 365 Copilot" sistemini tətbiq edir

    Türk döyüş taktikası - İldırım Bəyazidin hərbi dühası: Avropa cəngavərlərinin Dunay sahilindəki süqutu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.