BAKI,AzerVoice
Qəzzada 13 mindən çox uşaq ölüb,AzerVoice xəbər verir ki, bu haqda
BMT hesabatında deyilir. Məlumata əsasən, müharibə nəticəsində 25
mindın çox uşaq müxtəlif dərəcədə yaralıb, 25 mindən çox uşaq isə
qida çatışmamazlığı nəticəsində xəstəxanalara yerlışdiriliblər.
BMT-dəki Britaniya səfirinin müavini Ceyms Karekay isə BMT Təhlükəsizlik Şurasına son çıxışında:"Uşaq olmaqla Qəzzada yaşamaq dünyadakı ən təhlükəli yerdə olmaq deməkdir.Qəzza uşaqları bu müharibəni seçməyiblər, amma ən böyük əzabı onlar çəkiblər."-deyib.
BMT-nin Humanitar Əlaqələndirmə Ofisinin verdiyi məlumata görə, Qəzzada indiyədək şəxsiyyəti müəyyən edilmiş 40 min 717 fələstinli cəsəddən üçdə biri, yəni 13 min 319-u uşaqlardır. Bu rəqəmlər Qəzza Səhiyyə Nazirliyindən alınan məlumatlara əsaslanır.