Bakı. AzerVoice:
Çin, Beynəlxalq Ədalət Məhkəməsində keçirilən iclasda İsrailin uzunmüddətli işğalı ilə öz müqəddəratını təyinetmə hüququndan məhrum etdiyi Fələstinin xarici işğala qarşı silahlı mübarizə də daxil olmaqla güc tətbiq etmək hüququna malik olduğunu vurğulayıb.
AzerVoice-un məlumatına görə, Beynəlxalq Ədalət Məhkəməsində İsrailin işğal etdiyi Fələstin ərazilərindəki tətbiqlərinin hüquqi nəticələrinin müzakirə olunduğu dinləmə davam edir.
Dinləmədə Çin adından çıxış edən Xarici İşlər Nazirliyinin hüquq müşaviri Ma Şinmin, Fələstin probleminin yarım əsrdir ki, davam etdiyini və Fələstin xalqının nəsillər boyu çəkdiyi əzablara baxmayaraq, bir ümid işığı tapa bilmədiklərini bildirib.
O qeyd edib ki, ədalət və onların qanuni hüquqları bərpa edilməlidir.
"Fələstin torpaqlarında İsrailin uzunmüddətli işğalında tətbiq etdiyi təzyiq siyasəti və tətbiqləri fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu tam həyata keçirməsinə mane oldu. Fələstin xalqı İsrail zülmünə qarşı işğal etdiyi torpaqlarda müstəqil dövlət qurmaq üçün mübarizə aparır və bu, öz müqəddəratını təyinetmə hüququnu həyata keçirmək üçün qanuni bir mübarizədir",- deyə o vurğulayıb.
Ma Şinmin əlavə edib ki, Fələstin xalqı BMT sənədlərində açıq şəkildə ifadə edildiyi kimi, xarici işğal altında olan xalqdır. Bu baxımdan o, öz müqəddəratını təyin etmək hüququna tam malik olan bir cəmiyyətdir. Fələstin xalqının xarici işğala qarşı güc tətbiq etmək, o cümlədən silahlı mübarizə aparmaq hüququ var. Öz müqəddəratını təyinetmə hüququ uğrunda silahlı mübarizə terror aktlarından fərqlidir.
Aytac Süleymanova
Twitter: a_alieva_