Energetika

2025-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon tona yaxın təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ABŞ-da yerləşən və “BlackRock”un tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya həyata keçirib. Bu yatırım ARDNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir. Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik, Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqdır. Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq dəyərində töhfə verir.

Qazaxıstan Aktua-Bakı-Ceyhan marşrutunu neft tədarükü üçün strateji istiqamət kimi nəzərdən keçirir. Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Qazaxıstan Enerji Həftəsi çərçivəsində keçirdiyi görüş zamanı deyib. Akkecenovun sözlərinə görə, 2023-cü ildə həmin marşrutla 1,06 milyon ton Qazaxıstan nefti nəql olunub, 2025-ci ilin sonuna qədər isə ixrac həcminin 1,7 milyon tona çatdırılması planlaşdırılır.

Birlikdə çalışmaqla biz həm öz ehtiyaclarımızı ödəyə, həm də Avropaya təmiz enerji çatdıra bilərik.Bunu COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,33 ABŞ dolları və ya 1,84% artaraq, 73,76 dollar/barel təşkil edib. Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,35 dollar və ya 1,90% bahalaşaraq 72,24 dollar təşkil edib.

Neft gələcək onilliklərdə də həyati əhəmiyyətini qoruyacaq və OPEC-in proqnozuna görə, 2050-ci ilə qədər ona olan tələbat sutkada 123 milyon barelə çata bilər. Bu artım əsasən qlobal iqtisadi inkişaf və əhali sayının çoxalması ilə əlaqələndirilir. AzerVoice xəbər verir ki, bu barədə OPEC-in baş katibi Heysəm əl-Qays təşkilatın 65 illiyinə həsr olunmuş məqaləsində yazıb. Əl-Qays bildirib ki, “Gələcəyə baxdıqda, neftin həyati vacibliyini qoruyacağına əminliklə demək olar. OPEC-in “World Oil Outlook 2025” hesabatına görə, 2050-ci ildə neftə tələbat sutkada təxminən 123 milyon barelə çata bilər. Bu, iqtisadiyyatların genişlənməsi və artan əhali fonunda daha çox enerjiyə ehtiyac duyulması ilə bağlıdır. Enerji təhlükəsizliyi isə hələ də hər kəs üçün kritikdir və neft olmadan mümkün deyil.”

OPEC+ ölkələri daha əvvəl elan etdikləri könüllü hasilat məhdudiyyətlərini pozaraq kvotaları aşdıqları üçün 2026-cı ilin iyul ayına qədər gündəlik 4,779 milyon barel artıq hasilatı kompensasiya etməlidirlər. Yenilənmiş qrafikə əsasən, ümumi öhdəliyin ən böyük hissəsi Qazaxıstanın payına düşür. Ölkə gündə 2,63 milyon barel həcmində hasilatı kompensasiya etməlidir. Bu azalma 2026-cı ilin iyun ayınadək mərhələlərlə həyata keçiriləcək. Əsas yüklənmə isə həmin ilin birinci yarısına təsadüf edir: yanvarda gündə 100 min barel, fevralda 300 min barel, martda 450 min barel, apreldə 490 min barel, mayda 550 min barel, iyunda isə 650 min barel azalma planlaşdırılır. Bu ilin sonunadək isə ölkə hər ay gündə 10–35 min barel arasında hasilatı azaltmalıdır.

OPEK+ çərçivəsində neft hasilatını könüllü şəkildə azaldan səkkiz ölkənin görüşü başlayıb. İştirakçılar oktyabr ayı üçün hasilat planı barədə razılıq əldə etməlidirlər. Səudiyyə Ərəbistanı bazardakı payını bərpa etmək üçün OPEK+ ölkələrinin neft hasilatını daha sürətli artırmasını təşviq edir. Səkkiz ölkə hazırda 2026-cı ilin sonunadək qüvvədə olan gündəlik 1,65 milyon barellik hasilat məhdudiyyətinin taleyini müzakirə edəcək.

Trans-Adriatik boru kəmərinin (TAP) genişləndirilməsinin birinci mərhələsi qaz tədarükünün daha da artırılmasına yol açacaq. “Mövcud ötürücülük qabiliyyətini tədricən artırmaqla, TAP Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə və onun karbonsuzlaşdırma hədəflərinə nail olmasına əlavə töhfə verə bilər”, - deyə məlumatda deyilir.

Azərbaycan enerji sektorunda yeni mərhələyə qədəm qoyur. Ölkədə bərpa olunan enerji mənbələrinin (BOEM) sürətli inkişafı üçün böyük miqyasda Batareya Saxlanc Sistemləri (BESS) yaradılmasına başlanılıb. Belə ki, “AzərEnerji” tərəfindən paytaxta yaxın 500 kilovoltluq “Abşeron” yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq “Ağdaş” yarımstansiyasının ərazisində ümumilikdə gücü 250 meqavat tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır.