Energetika

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,29 ABŞ dolları və ya 0,44 faiz artaraq bir barel üçün 66,34 ABŞ dolları təşkil edib.

Bir il əvvəl – 2024-cü il 23 noyabr tarixində Prezident İlham Əliyevin 235 nömrəli Fərmanına əsasən, Naxçıvan Dövlət Energetika Xidmətinin enerjinin istehsalı və ötürülməsi funksiyaları “Azərenerji” ASC-yə həvalə edilib. Fərmanın icrası məqsədilə ötən bir il ərzində Naxçıvan Muxtar Respublikasında enerji sisteminin yenilənməsi və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Yunanıstana 268,5 milyon dollar dəyərində bitumlu süxurlardan əldə olunmuş 500,7 min ton xam neft və neft məhsulları ixrac edilib. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 123,7 milyon ABŞ dolları və ya 1,9 dəfə, həcminə görə isə 272,5 min ton və ya 2,2 dəfə çoxdur.

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,18 ABŞ dolları və ya 1,74% azalaraq, 66,51 dollar təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,17 dollar və ya 1,78% ucuzlaşaraq 64,43 dollar təşkil edib.

Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin iştirakçıları olan "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC nümayəndələrinin ümumi yığıncağı keçirilib. Energetika nazirinin müavini Orxan Zeynalov “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə “Yaşıl Dəhliz Birliyi” MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib.

14 noyabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb. Görüşdə şirkətlər arasında karbohidrogen ehtiyatlarının hesablanması və qiymətləndirilməsi, neft-qaz yataqlarının işlənməsi planlarının optimallaşdırılması istiqamətləri üzrə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

Energetika Nazirliyində energetika nazirinin müavini Elnur Soltanovla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndəsi Conatan Herbax arasında görüş keçirilib. Müzakirələr zamanı bildirilib ki, “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetindən biri olaraq qəbul edilib. Bu çərçivədə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadənin təşviq edilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə bərpa olunan enerjidən istifadə edilməsi və enerji təchizatının şaxələndirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.

Neft sektoru üzrə 2025-ci ilin proqnozu ilə müqayisədə azalmaya səbəb Yanacaq Enerji Balansının göstəricilərinə əsasən, Azərbaycan Respublikasında istehsal olunan və daxili istehlaka yönəldilən Aİ-95 markalı avtomobil benzini istehsalının nəzərdə tutulmaması, istehlakın Aİ-92 markalı avtomobil benzini üzrə 239,9 min ton və ya 14,7 faiz, dizel yanacağı üzrə isə 298,5 min ton və ya 13,7 faiz azalma ilə proqnozlaşdırılmasıdır.

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,57 ABŞ dolları və ya 0,92 faiz artaraq bir barel üçün 62,40 ABŞ dolları təşkil edib. Məlumata görə, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,53 dollar və ya 0,88 faiz bahalaşaraq 60,44 dollar olub.