Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Energetika
    Energetika

    "OPEC" və "OPEC plus"-a üzv ölkələr istehsalı 441 min barrel artırmaq qərarına gəliblər

    31 May 2025 20:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    "OPEC" və "OPEC plus"-a üzv ölkələr istehsalı 441 min barrel artırmaq qərarına gəliblər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan bəzi neft istehsalçısı ölkələrdən ibarət "OPEC plus" qrupu üzvü olan 8 ölkə, iyul ayında əvvəlki aya nisbətən gündəlik 411 min barel istehsal artımına getmək qərarına gəlib.

    AzerVoice xəbər verir ki, bu barədə OPEC tərəfindən verilən açıqlamada deyilir.

    Açıqlamada Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman daxil olmaqla "OPEC plus" ölkələrinin bazar şərtlərini qiymətləndirmək üçün onlayn iclas keçirdikləri bildirilib.

    Qlobal iqtisadi mənzərənin sabitliyi və aşağı neft ehtiyatlarının sağlam bazar təməllərinə işarə etməsi fonunda bu istehsal artımının ötən il dekabrın 5-də qəbul edilən qərara əsaslandığı vurğulanıb.

    Buna əsasən, adıçəkilən ölkələr aprelin 1-dən tətbiq etdikləri gündəlik 2,2 milyon barellik könüllü kəsinti prosesini mərhələli və çevik şəkildə bitirmə mərhələsinin bir hissəsi olaraq iyul ayında əvvəlki aya nisbətən gündəlik 411 min barel istehsal artımı edəcəklər.

    Açıqlamada, gündəlik 411 min barellik artımın üç aylıq mərhələli artımın cəmi olduğuna diqqət çəkilərək, bazar şərtlərinə görə bu artımın dayandırıla biləcəyi və ya əks istiqamətə dəyişdirilə biləcəyi qeyd olunub.

    Qrupun avqust ayı istehsal səviyyəsini müəyyənləşdirəcək növbəti iclasının isə 6 iyul tarixində keçiriləcəyi bildirilib.

    #neft #OPEC #OPEC+ #istehsal #OPEC+ ölkələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır

    1 Sentyabr 2026 18:24

    ABŞ–İran qarşılıqlı zərbələrindən sonra neftin qiyməti 90 dolları keçib

    1 Sentyabr 2026 18:14

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İraq Kürdüstanında pilotsuz uçuş aparatı hücumlarından sonra neft hasilatı bərpa olunub

    29 Avqust 2026 18:13

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Rusiya Hörmüz boğazı məsələsində kifayət qədər yaxşı davranıb - Tramp

    27 Avqust 2026 22:21

    Kanada dolları ABŞ dolları qarşısında mövqeyini gücləndirib

    27 Avqust 2026 21:19

    İran rəsmiləri Xark adasındakı neft infrastrukturuna baxış keçiriblər

    27 Avqust 2026 18:56

    Yaponiya Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni enerji planı hazırlayır

    26 Avqust 2026 19:21

    Strateji neft ehtiyatlarının ikinci dəfə istifadəsi gündəmdə deyil - Fatih Birol

    24 Avqust 2026 18:42

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    ABŞ-nin İrana qarşı sanksiya təhdidindən sonra neft bahalaşıb

    20 Avqust 2026 22:35
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.