2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq, 6 milyon 879 min 42 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana tekstil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azalaraq, 3 milyon 725 min 22 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 759 milyon 705 min dollara bərabər olub.
İqtisadiyyat
2026-ci ilin fevral ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 12 milyon 771 min 781 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 5,9 faiz artaraq, 2 milyon 497 min 817 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 10 milyon 273 min 964 nəfər təşkil edib.
2026-cı ilin fevral ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq, 337 milyon 19 min dollara bərabər olub. 2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 653 milyon 987 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 4 milyard 515 milyon 481 min dollar məbləğində sement ixrac edib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) geotermal layihələrin hazırlanması üçün tərəfdaşlar axtarır. Bunu bu gün Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransında "Enerji infrastrukturu və enerji gələcəyinə kapital axını" mövzusunda panel müzakirəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev bildirib."Regionda ilk dəfə olaraq enerji resurslarının işlənməsinin qeyri-ənənəvi metodlarını araşdırmaqda maraqlıyıq. Buna görə də ExxonMobile ilə birlikdə həm hidravlik qırılma, həm də qeyri-hidravlik qırılmanı araşdırırıq. Beləliklə, ölkə ərazisinin təxminən 20%-i Exxon ilə əməkdaşlıq çərçivəsində bu tip layihələrlə əhatə olunacaq. Quruda mütəxəssislərlə birlikdə hidravlik qırılma və qeyri-hidravlik qırılmanı öyrənirik. Müəyyən ekoloji problemlərin fərqindəyik. Bu ekoloji problemləri də həll edə bilərik. Onlara ideya və texnologiyalar təqdim etməyə davam edəcəyik", o deyib.
"Əvvəllər biz dənizdə neft və qaz yataqlarına diqqət yetirirdik. İndi isə dəniz yataqlarının işlənməsi ilə paralel olaraq, quruda qeyri-ənənəvi sərvətlərin işlənməsini də həyata keçiririk. Bu mənada, Amerika şirkətləri bu layihənin təbii tərəfdaşlarıdır, çünki onlar lazımi texnologiyalara, biliklərə və təcrübəyə çıxış əldə edirlər. Bu layihənin uğurlu inkişafı üçün məhz bu tələb olunur. Biz artıq ExxonMobil ilə işləməyə başlamışıq", - o bildirib.
Azərbaycan ticarət və strateji əməkdaşlığın genişləndirilməsi üçün təbii tərəfdaşdır.
Dəyişən beynəlxalq mühit şəraitində ABŞ ilə Azərbaycan arasında tərəfdaşlığın daha da güclənməsi üçün imkanlar mövcuddur. Bunu bu gün ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov Palatanın 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət Konfransı zamanı deyib. Baxışov qeyd edib ki, otuz il ərzində Palata iki ölkə, iki iqtisadiyyat və iki biznes icması arasında körpü rolunu oynayıb.
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Holdinqin iclası keçirilib.
ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) prioritet sektorlara uyğun layihələri müəyyənləşdirmək məqsədilə Cənubi Qafqazda əsas maraqlı tərəflərlə təmasdadır. Qeyd edək ki, DFC ABŞ hökumətinin beynəlxalq investisiya qurumudur və dünya üzrə strateji layihələrə kapitalın cəlb edilməsi üçün özəl sektorla əməkdaşlıq edir. Korporasiyada bildirilib ki, onlar Cənubi Qafqazda özəl sektorun rəhbərlik etdiyi sülh gündəliyinin həyata keçirilməsinə, Orta Dəhliz məqsədlərinə nail olunmasına və Amerika şirkətləri üçün imkanların yaradılmasına töhfə verən layihələri dəstəkləmək üçün bütün mövcud alətlərdən istifadə etməyə hazırdırlar.
Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatası (USACC) tərəfindən təşkil olunan ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı keçirilir. Konfransın mövzusu "ABŞ-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarları Birləşdirməklə Gələcəyi Formalaşdırmaq"dır. Amerika–Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyi münasibətilə keçirilən konfrans ABŞ və Azərbaycanın dövlət qurumlarının yüksək vəzifəli nümayəndələrini, biznes dairələrini, investorları və maliyyə sektorunun təmsilçilərini bir araya gətirib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xızı və Abşeron rayonlarında fəaliyyət göstərən quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub.
2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1381 manat olub.