Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    ABŞ-Azərbaycan tərəfdaşlığı daha da möhkəmlənmək imkanına malikdir - USACC icraçı direktoru

    10 Mart 2026 18:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ-Azərbaycan tərəfdaşlığı daha da möhkəmlənmək imkanına malikdir - USACC icraçı direktoru
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Dəyişən beynəlxalq mühit şəraitində ABŞ ilə Azərbaycan arasında tərəfdaşlığın daha da güclənməsi üçün imkanlar mövcuddur.

    VOA Trend-ə istinadən xəbər verir ki, xəbər verir ki, bunu bu gün ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov Palatanın 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət Konfransı zamanı deyib.

    Baxışov qeyd edib ki, otuz il ərzində Palata iki ölkə, iki iqtisadiyyat və iki biznes icması arasında körpü rolunu oynayıb.

    “Bu gün biz yalnız keçmiş nailiyyətləri qeyd etmirik, eyni zamanda birgə irəliləyişimizi qiymətləndirmək və birlikdə qurduğumuz gələcəyə nəzər salmaq imkanı əldə edirik. Yarandığı gündən etibarən ABŞ–Azərbaycan Ticarət Palatası ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, ticarətin, investisiyaların və strateji tərəfdaşlığın inkişafına həsr olunub. Son 30 ildə Palata dövlət liderləri arasında dialoqun qurulmasında, bizneslərin əlaqələndirilməsində və ideyaların, tərəfdaşlıqların və investisiyaların inkişaf edə biləcəyi platformaların yaradılmasında mühüm rol oynayıb”, - deyə o bildirib.

    USACC-in icraçı direktoru vurğulayıb ki, yüksək səviyyəli forumlar, ticarət missiyaları, siyasət dialoqları və biznes dairələri vasitəsilə Palata hər iki ölkənin liderlərini imkanları araşdırmaq və meydana gələn çağırışları çözmək üçün bir araya gətirib.

    “Biz Amerika şirkətlərinin inkişaf edən Azərbaycan bazarına çıxışını dəstəkləmiş və Azərbaycan tərəfdaşlarına ABŞ-də mühüm əlaqələr qurmaqda kömək etmişik. Palata həmçinin ölkələrimiz arasında iqtisadi münasibətlərin ən transformativ mərhələlərindən bəzilərinə töhfə verməsi ilə fəxr edir. Azərbaycanın enerji sektorunun ilkin inkişaf mərhələsindən və iri beynəlxalq infrastruktur layihələrindən tutmuş maliyyə, texnologiya və xidmət sahələrində əməkdaşlığın genişlənməsinə qədər Palata daim etibarlı əməkdaşlıq platforması kimi çıxış edib.

    Son illərdə fəaliyyətimiz daha da genişlənib. Biz iqtisadi əməkdaşlığın şaxələndirilməsinə, bərpa olunan enerji, rəqəmsal innovasiyalar, infrastruktur, logistika, kənd təsərrüfatı, maliyyə və yüksək texnologiyalar sahələrində tərəfdaşlıqların dəstəklənməsinə diqqət yetirmişik”, - deyə o əlavə edib.

    Baxışov qeyd edib ki, gələcəkdə Palata bir neçə əsas prioritet istiqamətə fokuslanmağa davam edəcək.

    “Birincisi, ABŞ və Azərbaycan şirkətləri arasında əməkdaşlıq və innovasiya üçün əlavə platformalar yaradaraq ticarət və investisiya imkanlarının genişləndirilməsi. İkincisi, bərpa olunan enerji də daxil olmaqla enerji keçidinin dəstəklənməsi, davamlı maliyyələşdirmənin və iqlim yönümlü investisiya təşəbbüslərinin inkişafı. Üçüncüsü isə texnologiya və innovasiya sahəsində tərəfdaşlığın gücləndirilməsidir ki, hər iki ölkə gələcəyi müəyyən edəcək sahələrlə sıx bağlı qalsın.

    ABŞ-Azərbaycan Ticarət Palatası tərəfdaşlıq, istedad və imkanlar üçün katalizator rolunu oynamaqda davam edəcək, ölkələrimiz arasında iqtisadi münasibətlərin növbəti onilliklərdə də artımını, inkişafını və uğurunu təmin edəcək”,- deyə o bildirib.

    Baxışov qeyd edib ki, gələcəkdə Palata bir neçə əsas prioritet istiqamətə fokuslanmağa davam edəcək.

    #ABŞ-Azərbaycan Ticarət Palatası #Natiq Baxışov #USACC #ABŞ-Azərbaycan Ticarət Konfransı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    İstanbulda xəstəxana təmir olunacaq

    16 İyul 2026 15:00

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    Türkiyədə 50 min litr dizel alınacaq

    13 İyul 2026 14:59

    Türkiyədə xəstəxana sistemlərinin texniki xidməti üzrə tender keçirilir

    12 İyul 2026 17:30

    ABŞ ilə iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi müzakirə olunub

    11 Mart 2026 23:17

    SOCAR geotermal layihələrin inkişafı üçün tərəfdaşlar axtarır

    10 Mart 2026 20:36

    Azərbaycan qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi ilə məşğul olmağa başlayır - SOCAR-ın prezidenti

    10 Mart 2026 20:03

    Azərbaycan ticarət və strateji əməkdaşlığın genişləndirilməsi üçün təbii tərəfdaşdır - ABŞ Ticarət Nazirliyi

    10 Mart 2026 20:00

    DFC Cənubi Qafqazda prioritet layihələrin müəyyənləşdirilməsi üzrə danışıqlar aparır

    10 Mart 2026 17:54

    USACC "Tramp Marşrutu" üzrə dəyirmi masa keçirib

    22 Dekabr 2025 10:57

    Bakı Fond Birjası ABŞ-Azərbaycan Ticarət Palatasına üzv qəbul edilib

    11 Dekabr 2025 19:11
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.