Azərbaycan və Ukrayna beynəlxalq avtomobil daşımalarında rəqəmsal həllərin tətbiqi və tranzit imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığı gücləndirir. Leypsiqdə keçirilən görüş zamanı tərəflər beynəlxalq yükdaşımalarında elektron icazə sistemi — e-Permit layihəsinin tətbiqinə dair Anlaşma Memorandumu imzalayıb. Təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsi, daşımaların rəqəmsallaşdırılması və daşıyıcılar üçün daha çevik əməliyyat mühitinin yaradılmasını hədəfləyir.
İqtisadiyyat
Azərbaycan və Dünya Bankı Qrupu nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. Görüşdə nəqliyyat sistemlərinin dayanıqlığı, rəqəmsal infrastrukturun inkişafı, Bakı Beynəlxalq Dəniz Limanı və Orta Dəhlizin tranzit-logistika potensialının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bakıda keçirilən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində Türk dövlətləri arasında texnologiya, innovasiya və mühəndislik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tədbirdə süni intellekt, kibertəhlükəsizlik, müdafiə sənayesi, enerji və dayanıqlı inkişaf kimi strateji mövzular üzrə panel və sessiyalar təşkil edilib. Zirvə çərçivəsində müxtəlif ölkələrdən mühəndislər, akademiklər və iş adamları arasında B2B görüşlər və elmi-texnoloji əməkdaşlıq imkanları da müzakirə olunub.
Azərbaycan höküməti ilə BMT-nin İnsan Məskunlaşmaları Proqramı (UN-HABITAT) arasında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlıq məsələləri müzakirə olunub. Görüşdə şəhər inkişafı, iqlim dəyişikliyi, dayanıqlı mobillik və rəqəmsal şəhər idarəçiliyi sahəsində əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub. Tərəflər COP29 çərçivəsində formalaşan tərəfdaşlığın gələcək layihələr üçün yeni imkanlar yaratdığını vurğulayıblar.
Azərbaycan və Yaponiya arasında biznes, investisiya və mədəni əməkdaşlığın genişləndirilməsi məqsədilə Qubada yeni platforma yaradılır. “Azərbaycan Françayzinq Assosiasiyası” və “Quba İş Adamlarına Dəstək – QIAD” platformasının təşkil etdiyi tədbirdə Azərbaycan sahibkarları ilə Yaponiyanın Şinzekai qrupu arasında əməkdaşlıq imkanları müzakirə olunacaq. Görüş çərçivəsində investisiya layihələri, yeni biznes tərəfdaşlıqları və iqtisadi əlaqələrin inkişafı üzrə networking sessiyaları təşkil ediləcək.
Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantısı çərçivəsində Halal Biznes Forumu keçiriləcək. Bu barədə Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlığa həsr olunmuş təqdimat zamanı İslam İnkişaf Bankı Qrupunun Biznes Forumunun (THIQAH) əlaqələr və tədbirlərin idarə olunması şöbəsinin meneceri Sahal Əl-Mərvai bildirib.
Türkiyənin Dərincə rayonunda Gənclər İdman Təhsil Mərkəzinin tikintisi ilə bağlı tender elan edilib. Kocaeli Bələdiyyəsi tərəfindən verilən məlumata görə, layihə 43 min kvadratmetrlik ərazidə 2 min 200 kvadratmetrlik gənclər mərkəzinin inşasını nəzərdə tutur.
Adıyamanda, nəqliyyat vasitələrinin ehtiyaclarını qarşılamaq məqsədilə böyük həcmli yanacaq satınalması üzrə açıq tender elan edilib. Satınalma çərçivəsində 30 min 95 oktan benzin və 1 milyon 500min litr dizel alınacaq. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, alınacaq məhsullar Kartal Bələdiyyəsinin İnformasiya Texnologiyaları şöbəsinə təhvil veriləcək və müqavilə imzalandıqdan sonra 100 təqvim günü ərzində çatdırılmalıdır.
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
Sabah, mayın 7-si, Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.Vaqonların Biləcəri stansiyasından yola salınması gözlənilir. 2025-ci il oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.
Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə İslam İnkişaf Bankı Qrupunun (IsDB) Gənclər üzrə Tanıtım (Youth Roadshow) layihəsi çərçivəsində “IsDB-ni kəşf et: Gənclər üçün imkanlar” mövzusunda tədbir keçirilib.
Azərbaycan ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti və genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.