Kartal Bələdiyyəsi tərəfindən kompüter ehtiyat hissələri, printer və fotokopi aparatları üçün ehtiyat hissələri, həmçinin toner, kartric və digər sərf materiallarının alınması üzrə açıq tender elan edilib. Məlumata görə, satınalma 3 hissədən ibarət olmaqla ümumilikdə 79 növ məhsulu əhatə edir.
İqtisadiyyat
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.Ermənistana 4 vaqon gübrə, 4 vaqon taxıl göndəriləcək. Vaqonlar Biləcəri stansiyasından yola salınacaq.
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro Week) çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili ilə görüşüb.
Türkiyə Səhiyyə Nazirliyinin Kütahya Səhiyyə İdarəsi tərəfindən 7 növ texniki xidmət və təmir işlərini əhatə edən satınalma üzrə açıq tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, layihə çərçivəsində Kütahya Səhiyyə İdarəsi və ona bağlı tibb müəssisələrində 12 ay müddətində texniki xidmət və təmir işlərinin görülməsi nəzərdə tutulur.
Karabük Səhiyyə İdarəsi tərəfindən Karabük Təhsil və Araşdırma Xəstəxanasında əməliyyatxana və təcili rentgen bölmələrinin döşəmə təmir işləri üzrə açıq tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, layihə çərçivəsində təmir işlərinin yer təhvilindən sonra 90 təqvim günü ərzində tamamlanması nəzərdə tutulur.
Ordu Böyükşəhər Bələdiyyəsi 2026-cı il üçün ümumilikdə 12 min ton tökmə sement və 400 ton kisə sementin alınması məqsədilə açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, alınacaq məhsullar Ordu vilayətinin Altınordu, Fatsa, Ünye, Kumru, Gölköy, Ulubey və Çaybaşı rayonlarında mərhələli şəkildə təhvil veriləcək. Müqavilə müddəti 210 təqvim günü nəzərdə tutulur.
Ordu Səhiyyə İdarəsi tərəfindən 24 ay müddətinə nəticə əsaslı laboratoriya xidmətlərinin alınması üçün açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşlərin müqavilə imzalandıqdan sonra 90 gün ərzində başlanması və ümumilikdə 24 ay müddətində icra olunması planlaşdırılır.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşlərin yer təhvilindən sonra 60 gün ərzində tamamlanması nəzərdə tutulur. Məlumata görə, layihə çərçivəsində xəstəxananın birinci mərtəbəsində yerləşən poliklinika sahələrinin yenidən təşkili nəzərdə tutulur
Türkiyənin Karabük vilayətində 1 milyon 500 min litr dizel yanacağının alınması məqsədilə açıq tender proseduru başladılıb. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihəyə görə, yanacaq 18 ay müddətində mərhələli şəkildə təhvil veriləcək və sifarişlərə uyğun olaraq maksimum 3 gün ərzində çatdırılmalıdır. Gecikmə halında isə müqavilə məbləği üzərindən gündəlik 0,3 faiz cərimə tətbiq olunacaq.
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ) tərəfindən, Çorum vilayətində 225 ədəd işyerinin tikintisi, həmçinin infrastruktur və ətraf mühitin abadlaşdırılması üzrə açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, layihənin icra müddəti yer təhvilindən sonra 500 təqvim günü təşkil edəcək və işlər müqavilə imzalandıqdan 10 gün sonra başlanacaq.
Türkiyədə Ege Universitetinin Tətbiq və Araşdırma Xəstəxanası tərəfindən elektroforez testləri üzrə laborator xidmətlərinin satın alınması üçün açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məlumata görə, tender 21 may 2026-cı il tarixində keçiriləcək və xidmətlər 12 ay müddətində həyata keçiriləcək.