#Dövlət Gömrük Komitəsi

May ayının 28-də Prezident İlham Əliyevin tapşırığına əsasən, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərləri dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan–Gürcüstan marşrutu üzrə hərəkət edən yük və sərnişin qatarlarında sərhəd və gömrük nəzarətinin təşkili, rəsmiləşdirmə proseslərinin həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması, habelə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik dəmiryolu stansiyalarına baxış keçiriblər.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin “Açıq Dialoq Platforması” çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov biznes nümayəndələri ilə görüş keçirib. Tədbirdə logistika, gömrük prosedurları və sahibkarlıq mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Tədbirin açılış hissəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyin Büyükfırat çıxış edərək dövlət–biznes əməkdaşlığının genişləndirilməsi, sahibkarlıq mühitinin dəstəklənməsi və gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı fikirlərini bölüşüblər.

Cari ilin yanvar ayında Azərbaycandan Ermənistana 2,404 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Qazaxıstana 86,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 milyon dollar və ya 25,7 faiz azdır. 2025-ci ilin 11 ayı ərzində Qazaxıstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 2,62 faizini təşkil edib. Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4 faiz çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Yunanıstana 268,5 milyon dollar dəyərində bitumlu süxurlardan əldə olunmuş 500,7 min ton xam neft və neft məhsulları ixrac edilib. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 123,7 milyon ABŞ dolları və ya 1,9 dəfə, həcminə görə isə 272,5 min ton və ya 2,2 dəfə çoxdur.

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artıb. Dövlət Gömrük Komitəsinin AzerVoice-ə verdiyi məlumata görə, iki ölkə arasında ticarət əməliyyatlarının həcmi 624 milyon ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,7 milyon dollar və ya 9 faiz çoxdur.

26 sentyabr 2025-ci il tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda şəhid və qazi ailələrinin üzvləri, eləcə də yerli sakinlər üçün 27 sentyabr – Anım gününə həsr olunmuş ödənişsiz tibbi-sosial aksiya təşkil edilib.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb. Bu barədə AzerVoice Mərkəzi Banka istinadən xəbər verir. Bildirilib ki, qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.